Beynəlxalq valyuta birjalarında son vəziyyət
Beynəlxalq valyuta birjalarında dollar indeksi Amerika prezidentinin korona böhranının növbəti dalğası fonunda xəbərdarlıq etməsindən sonra son iki həftənin minimumuna düşüb. Bununla yanaşı, hökümətin iqtisadi proqramının vergilərin artırılması ilə maliyyələşdirilməsı fonunda da narahatlıqlar mövcuddur. EUR/USD məzənnəsi 1.1878$-a kimi bahalaşsa da, GBP/USD məzənnəsi təzyiq altında qalmaqdadır.
Avro və funtun növbəti qiymətlərinə bu gün Avrozona və İngiltərədən xidmət sektoruna dair dərc ediləcək önəmli fundamental göstəricilər də təsir edəcəkdir. Amerika Mərkəzi Bankın (FED) toplantı protokolunun yayımlanması da diqqət mərkəzindədir.
Yapon yeni və lirədə stabilləşmə müşahidə edilir. Rubl isə Rusiyadan inflyasiya göstəricilərin açıqlanmasından sonra təzyiqlər artıb.
Əlvan metallar bazarlarında qızılın qiyməti dəyər qazanmaqda davam edir. Yumşaq fiskal, monetar siyasətlərin genişləndirilməsi və qlobal ticari, siyasi risklərin artması xəbərləri əlvan metallar bazarlarında qızıla olan tələbi artırır.
Alternativ sərmayə bazarları - kriptovalyuta birjalarında isə bitkoinin qiyməti ucuzlaşıb.
Qeyd etmək lazımdır ki, dollar indeksi üzrə təhlillərə əsasən, son düşüş tendensiyası davam edərək, mart ayının ortalarında görünən dəst səviyyələrinin yenidən sınağa çəkilməsi ilə nəticələnə bilər. Dolların digər aparıcı valyutalara nisbətən orta qiyməti mart ayının ortalarında dəstək görərək, beş ayın maksimumuna yüksəlmişdi. Aprelin başlaması ilə ucuzlaşma başlayıb.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 18 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 51 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb







.jpg)








.jpg)






