Dünyanın ən bahalı ikinci ədviyyatının qiyməti rekord səviyyədə!
Dünyanın ən böyük vanil istehsalçısı Madaqaskarı qasırğa vurub, vanil qiymətləri bütün zamanların ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, vanilin kilosu 600 dollara çıxıb. Ötən ay Qara Qitə Afrikanın şərq sahilini vuran "Enawo" qasırğası təxminən 500 min adamı yerindən edib. Birləşmiş Millətlər Təşkilatının verdiyi açıqlamada, kənd təsərrüfatına dəymiş ziyanın sosial-iqtisadi vəziyyətə dərindən təsir etməyə başladığı xəbərdarlığı edilib.
ABŞ-ın vanil və dadvericilər qrupu "Nielsen Massey"in məlumatlarına görə, dondurma, şokolad və ətirdə istifadə edilən vanil paxlanın bir kiloqramı 600 dollarla bütün zamanların ən yüksək səviyyəsindən ticarət olunur.
Vanil qiymətləri, spekulyativ saxlama və artan tələbat səbəbindən son bir ildir ki, qalxırdı. Zəfərandan sonra dünyanın ən bahalı ikinci ədviyyatı olan vanilin kiloqramı 2015-ci ildə 100 dollar səviyyələrindən bu ilin əvvəlində 400-500 dollar səviyyələrinə çatıb.
"Bir neçə il çətin keçəcək"
Məsələ ilə bağlı olaraq "Financial Times"a danışan "Nielsen Massey"dən Kreyq Nielsen etdiyi açıqlamada, "Vanil ehtiyatları onsuz da tükənmişdi və indi də qasırğanın səbəb olduğu zərərlər var. Vanil bazarı üçün qarşıdakı bir neçə il çətin bir proses olacaq" deyə xəbərdarlıq edir. ABŞ ədviyyat və qida maddələri şirkəti "Mccormick"in İcraçı direktoru Lourens Kurzius də vanil bazarında belə bir mənzərə barədə xəbər vermişdi. İnvestorlara şirkətin ilk rüb balansını açıqlayan Kurzius, "Yüksək vanil qiymətləri 2018-də də davam edəcək" - deyə danışmışdı.
"Enawo" vanil istehsalını azaldıb
Ada ölkəsi Madaqaskar, dünyada vanilin 80-85%-ini istehsal edir. Qlobal vanil bazarının digər istehsalçı ölkələri arasında Papua Yeni Qvineya, İndoneziya, Uqanda və Hindistan yer alır. Vanil paxlaları tropik ərazilərdə yetişir. Vanil bitkisinin yetişməsi və istehsalçının biçin üçün gözlədiyi çəyirdəyi verməsi isə düz üç il çəkir. Hər il məhsulu götürülən bitkilərin əksinə, vanil istehsalında sürətli bir sıçrama olması mümkün deyil. Fransanın vanil taciri "Eurovanille"nin məlumatlarına görə, Madaqaskarın yaşıl vanil paxlası itkiləri 20%-ə çatır. Ötən il, quraqlıq vanil istehsalını vurmuşdu. Vanil istehsalçıları 2017-də bu itkini kompensasiya etməyi ümid edirdilər. Bu dəfə meydana gələn "Enawo" qasırğası istehsalı daha da azaldıb.
İllər üzrə vanilin qiyməti
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 43 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)






.jpg)






