ABŞ hökuməti iqtisadiyyata pulu “xəzəl” kimi səpələməyə davam etmək niyyətindədir
Baydenin yeni planı - 2 trilyon dollar!Ötən gün Pittsburqda çıxış edən ABŞ-ın yeni prezidenti Co Bayden ölkə iqtisadiyyatının əvvəlki mövqeyinə qaytarılması və pandemiyadan ziyan çəkən amerikalılar üçün yeni iş yerlərinin yaradılması ilə bağlı planlarını açıqlayıb.
Marja xəbər verir ki, prezidentin “Amerika İş Planı” adlandırdığı 2 trilyon dollarlıq proqram yeni yollar kimi infrastruktur layihələrinin icrasını və nəticədə çoxsaylı iş yerlərinin açılmasını, iqlim dəyişikliklərinə adaptasiya tədbirlərini və sosial müdafiə xərclərinin artırılmasını hədəfləyir.
“Bu, Amerika üçün tamamilə universal və görünməmiş bir investisiya proqramıdır, uzun illər müşahidə etdiyimiz və həyata keçirdiyimiz ştatlararası magistral avtomobil yollarının qurulması və bir neçə 10 il öncə kosmik sənaye yarışına qoşulduğumuz dövrlərdən də tamamilə fərqlidir” - Bayden bildirib. ABŞ prezidenti həmçinin Amazon.com Inc kimi federal büdcəyə çox kiçik, yaxud heç vergi ödəməyən şirkətləri də hədələyib və onlar üçün yeni vergilərin qapıda olduğunu söyləyib.
Ağ Evin dərc etdiyi 25 səhifəlik məlumat broşurunda milli təhlükəsizlik məsələləri və Çinlə qlobal rəqabət, ABŞ-da bütün ölkəni əhatə edən teleyayım xidmətlərinin təşkili üçün 100 milyard dolların xərclənməsi, mənfəət vergisinin hazırkı 21 faizdən 28 faizə qədər artırılması, bir çox şirkətlərə gəlirlərini asanlıqla ölkədən kənara çıxarmağa imkan verən qanunvericilikdəki boşluqların aradan qaldırılması, layihələr üzrə xərclərin 8 ilə bölünməsi və ümumilikdə 15 il ərzində mərhələlərlə ödənməsi kimi hədəflər göstərilib.
Planda infrastrukturun, o cümlədən körpülər, avtomobil magistralları və limanların yenidən qurulması üçün 621 milyard dollar, elektromobil şəbəkəsinin inkişafı və 2030-cu ilə qədər bütün ölkədə elektriklə doldurma məntəqələri şəbəkəsinin qurulması üçün 174 milyard dollar, yaşlı amerikalılara və əlilliyi olan şəxslərə qayğı üçün 400 milyard dollar, ekoloji baxımdna təmiz və sıfır karbonlu evlərin inşası üçün 213 milyard dollar, milli elektrik şəbəkəsinin yenidən qurulması, bütün ölkədə teleyayım xidmətləri və içməli su təchizatının yaxşılaşdırılması üçün yüz milyardlarla dollar vəsaitin ayrılması nəzərdə tutulub.
Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qanun layihəsinin ABŞ-ın müstəqillik günü və milli bayramı olan 4 iyuldan öncə qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Baydenin əzəli rəqibi Respublikaçılar isə ümumilikdə müsbət məqamları özündə ehtiva etsə də, planın vergi yükünü artırmaq hədəfinin biznes üçün həddən artıq təhlükəli və qəbuledilməz olduğunu vurğulayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























