20 ayda 3 mərkəzi bank sədri dəyişikliyi - QEYRİ-MÜYYYƏNLİK ARTIR
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədrinin dəyişdirilməsindən sonra bu gün Dollar/TL məzənnəsi kəskin yüksələrək 8.47 səviyyəsini də aşdı. Türk Lirəsi bir anda Dollar qarşısında 16%-dən çox dəyərdən düşdü.
Marja xəbər verir ki, iqtisadçılara görə, TCMB sədrinin tez-tez dəyişdirilməsi, eyni zamanda pul siyasətində də baş verən dəyişikliklər qeyri-müəyyənliyi artırır. Bu, iqtisadiyyatda heç kimin istəməyəcəyi bir şeydir.
Valyuta məzənnələrinin yüksəlməsi qarşıdakı dövrdə inflyasiyanın da yüksəlməsinə səbəb ola bilər. Bu da faizin daha da artırılacağı ehtimalını gücləndirir.
Şənbə günü Mərkəzi Banka yeni sədr təyin edildikdən sonra onun faiz endirəcəyi barədə söz-söhbətlər yarandı. İqtisadçılara görə, erkən bir faiz endirimi olmayacaq. Faiz endirimi olacaqsa, bu barədə qərar 15 Apreldə veriləcək. Belə olan halda bazarların kifayət qədər dəyərləndirmə imkanı olacaqdır.
İqtisadçılara görə, 20 ayda 3 mərkəzi bank sədri dəyişikliyi, Mərkəzi Bankın müstəqil olmadığını düşündürür.
Tez-tez Mərkəzi Bankın sədrinin dəyişdirilməsi şirkətlərin və təşkilatların proqnozlaşdırma imkanlarını məhdudlaşdırır. Belə bir vəziyyətdə ölkənin uzunmüddətli iqtisadi artımı təmin etməsi mümkün deyil.
İqtisadçılar bildirir ki, Türk Lirəsinə etibar qazandırılan bir dövrdə daha volatil bir dövr başlayıb. Faktiki olaraq bilinməyən mühitə keçilib.
Xəbər verdiyimiz kimi, Naci Ağbal, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şənbə gününün ilk saatlarında Rəsmi Qəzetdə dərc olunan fərmanı ilə vəzifəsindən azad edilib, Şahap Kavcıoğlu TCMB-nin sədri təyin edilib. Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan, faiz dərəcəsini cəmi 8,75 bənd artıran Naci Ağbalı Mərkəzi Bankın rəhbəri vəzifəsindən uzaqlaşdırıb və əvəzinə onun kimi yüksək faiz dərəcələrini tənqid edən Şahap Kavcıoğlunu təyin edib.
7 Noyabr 2020-ci il tarixində Mərkəzi Bankın sədri Murat Uysal vəzifədən azad edilmiş, yerinə Naci Ağbal təyin edilmişdi.
HƏMÇİNİN OXU:Türkiyə Mərkəzi Bankının sədri vəzifədən azad edildi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Sumqayıt Sənaye Parkında ötənilki satışın yarısı ixraca yönəldilib
-
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Ən çox oxunanlar
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür





















