Kanadanın dəmiryol şirkətindən böyük həmlə - 25 MİLYARD DOLLARLIQ SÖVDƏLƏŞMƏ
Nəticədə ABŞ, Meksika və Kanadanın dəmiryol şəbəkələri vahid sistemdə birləşəcək.Canadian Pacific Railways Ltd ABŞ-ın Kansas City Southern şirkətini 25 milyard dollara satın almaq barədə ilkin razılığa gəlib.
Marja xəbər verir ki, növbəti illərdə tam rəsmiləşəcək sövdələşmə ABŞ, Meksika və Kanadanı birləşdirəcək və Şimali Amerika regionunda ticarətə təkan verəcək nəhəng dəmiryol xəttinin qurulmasını da nəzərdə tutur.
Ötən il ABŞ, Meksika və Kanada arasında Üçtərəfli Saziş (USMCA) ratifikasiya olunduqdan sonra, koronavirus pandemiyasına görə zəifləmiş təchizat zəncirinin yenidən bərpasına dair gözləntilər böyükdür. “Baxın: biz nələrdən keçmişik, Şimali Amerikada formalaşacaq bu dayağın vacibliyi haqqında düşünün. Bu şəbəkə bizim tərəfdaşlarımıza və müştərilərimizə həqiqətən də ondan fayda götürməyə və istifadə etməyə imkan verəcək təchizat zənciri yaradır” - Canadian Pacific-in direktoru Keyt Kriil öz müsahibəsində bildirib.
Şirkətlər arasındakı birləşmənin ABŞ-ın Quru Nəqliyyatı Şurası (Surface Transporation Board) tərəfindən 2022-ci ilin ortasına kimi təsdiqlənəcəyi gözlənilir. Həmin vaxta qədər Canadian Pacific Kansas City Southern-in səhmlərini satın alaraq, xüsusi trastda yerləşdirəcək. Hazırkı sövdələşmə dəmiryol sənayesi tarixində ikinci ən iri həcmli alqı-satqıdır. Dünya milyarderlərinin reytinqində ilk 10-luqda qərarlaşan qocaman Amerikalı Uorren Baffetin rəhbərlik etdiyi Berkshire Hathaway transmilli korporasiyası 2010-cu ildə BNSF (Burlington Northern Santa Fe Corporation) dəmir yol şirkətini 26,4 milyard dollara satın alaraq, bu sektorda rekord qırmışdı.
Baş qərargahı Kalqaridə yerləşən Canadian Pacific Railways şirkəti Canadian National Railway Co Ltd-dən sonra Kanadanın ikinci ən böyük dəmiryol operatorudur. Şirkətin hazırkı bazar dəyəri 50 milyard dollardan artıq təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)




