Rabitəbank şəhid ailələri və qazilərimizə Novruz sovqatları üçün 5000 manat ianə etdi
(®️) Ötən ilkilərdən fərqli olaraq bu bayramı bütöv Azərbaycanda qeyd etməyimizin əsas səbəbkarları olan şəhid ailələri və ağır yaralı qazilərimiz üçün bayram sovqatlarının hazırlanması məqsədilə ilə Rabitəbank dəstək aksiyasına qoşuldu.
“YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə bayram sovqatlarının hazırlanması üçün Rabitəbank 5000 AZN ianə edib.
Layihə çərçivəsində Rabitəbankın da daxil olduğu tərəfdaş qurumların dəstəyi ilə hazırlanmış bayram sovqatlarının şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralı qazilərimizə çatdırılması nəzərdə tutulur.
Məqsəd bəhsi keçən kateqoriyaya aid vətəndaşlarımızın daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
Rabitəbank bu addımın timsalında xüsusən sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması məqsədilə təşəbbüskar aksiyalarını davam etdirəcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
12 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
12 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
12 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 13 saat əvvəl
-
13 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















