Səudiyyə İnkişaf Fondu “Kapital Bank”la razılaşdı - YENİ KREDİT XƏTTİ
Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli sahibkarlara, o cümlədən kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə Səudiyyə İnkişaf Fondu Azərbaycana yeni kredit xətti açıb.
Bu barədə Marja-ya KOBİA-dan bildirilib.
Məlumata görə, bu məqsədlə bu gün Səudiyyə İnkişaf Fondunun İxrac Proqramı və “Kapital Bank” ASC arasında razılaşma sənədi imzalanıb.
Sənədi Səudiyyə İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khayal və “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev imzalayıblar.
Təşkil olunmuş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət, biznes əməkdaşlığı, xüsusilə də KOB sahəsində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib, Agentliyin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan yeni proqramın Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli KOB-lar üçün əhəmiyyətli olacağını vurğulayıb.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi zərurətini qeyd edib, yeni əməkdaşlıq proqramının ölkələrimiz arasında ticarət və KOB sahəsində əlaqələrin genişləndirilməsi üçün faydalı olacağını bildirib.
R.Allahverdiyev isə Bankın kiçik və orta sahibkarlığın inkişafına dəstək verərək, müxtəlif tarif paketləri təqdim etdiyini, yeni proqramın da biznesin inkişafına töhfə verəcəyini vurğulayıb.
A.Al-Khayal proqram çərçivəsində açılmış kredit xəttinin Səudiyyə Ərəbistanı mənşəli mallar və xidmətlər idxal edən Azərbaycan sahibkarlarına, xüsusilə də kiçik və orta biznes subyektlərinə ticarət əməliyyatları zamanı dəstək olacağını vurğulayıb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat sonra
-
-
7 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
11 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
14 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























