"S&P": Azərbaycanın mühüm fiskal buferləri pandemiya şoklarını yumşaldır
Azərbaycan, Rusiya, Qazaxıstan kimi suveren fondları olan ölkələrin COVID-19 pandemiyasının yaratdığı iqtisadi şoklardan müdafiə olunması üçün mühüm fiskal buferləri var və sözügedən "yastıq" mənfi təsirləri kifayət qədər azaldıb.
Bu barədə "S&P Global Ratings"in analitikləri tərəfindən MDB regionu üzrə apardığı təhlilin nəticələrində deyilir.
Mütəxəssislərin fikrincə, 2020-ci ildə MDB ölkələrinin (Gürcüstan və Ukrayna daxil) mərkəzi bankları ilk dəfə olaraq kontrtsiklik siyasəti tətbiq ediblər və nəticədə, bu, COVID-19 pandemiyası reallığına adaptasiyasında öz töhfəsini verib.
Sözügedən ölkələrin fiskal siyasətlərinə toxunan ekspertlər qeyd edib ki, Azərbaycan, Rusiya və Qazaxıstan kimi suveren fondları olan ölkələrin şoklardan müdafiəsi üçün mühüm buferləri var və nəticə etibarilə bu ölkələrdə borcun ÜDM-ə nisbəti 2023-cü il üçün stabilləşəcək. Lakin digər sarsıntılar halında əlavə stimullaşdırıcı tədbirlər tələb oluna bilər .
"S&P"nin hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ildə valyuta ehtiyatlarının həcmi təxminən dördaylıq idxalı ödəmək üçün kifayət edəcək. Bu, yüksək göstərici sayılmasa da (Tacikistan, Qazaxıstan, Özbəkistan kimi ölkələrdə bu göstərici daha yüksəkdir), Azərbaycan və Qazaxıstan üzrə reallığı əks etdirmir. Belə ki, hər iki ölkənin əsas strateji valyuta ehtiyatları suveren fondlarda saxlanılır (Azərbaycanda – Neft Fondu, Qazaxıstanda – Milli Fondu). Agentlik isə yalnız mərkəzi bankların ehtiyatlarını hesablayıb.
MDB-də vaksinasiya məsələsinə gəldikdə, agentliyin əldə etdiyi sorğuların nəticələrinə əsasən, region ölkələrindən yalnız Ukraynada əhalinin yarısından çoxu vaksinasiyaya müsbət yanaşır (55%). Analitiklər bildirir ki, iqtisadiyyatın bərpası vaksinasiya proqramlarından da asılı olacaq və hazırda sözügedən proseslər hətta öz vaksinini istehsal edən Rusiyada da logistika və istehsal problemlərinə görə məhdud sürətlə gedir.
Xatırladaq ki, yanvarın 29-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları yanvarda 0,3% artaraq 51,4 mlrd. ABŞ dollarına çatıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
21 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























