580,3 milyard dollarlıq valyuta ehtiyatı - RUSİYANI DA ÖTDÜ, DÜNYADA 4-CÜ OLDU
Cənubi Asiyanın nəhəng iqtisadiyyatı Hindistan uzun müddətdir bu sırada qərarlaşan Rusiyanı da ötməyi bacarıb.
Marja xəbər verir ki, bu ilin əvvəlindən etibarən hər iki ölkənin valyuta ehtiyatları bir neçə aylıq sürətli artımdan sonra stabilləşərək, demək olar ki bərabərləşib. Hindistanın mərkəzi bankı milli iqtisadiyyatı xaricə qəfil valyuta axınlarından qorumaq üçün ABŞ dolları toplamaqda davam edir. Son həftələrdə rusların valyuta ehtiyatlarının sürətlə "əriməsi" Hindistanın öz mövqeyini yaxşılaşdırmasına səbəb olub.
Hindistanın Ehtiyatlar Bankının ötən həftə sonunda açıqladığı məlumatlara görə, ölkənin toplam valyuta ehtiyatları 4,3 milyard dollar azalaraq, 580,3 milyard dollar təşkil edib. Bununla da ölkə 580,1 milyardlıq ehtiyata malik Rusiyanı qabaqlayaraq, Beynəlxalq Valyuta Fondunun qlobal siyahısında dördüncü yerə yüksəlib. Siyahıda ilk üçlüyə Çin (3 trilyon 336 milyard dollar), Yaponiya (1 trilyon 379 milyard dollar) və İsveçrə (1 trilyon 80 milyard dollar) başçılıq edir.
Hazırkı vəziyyətdə təqribən 18 ayıq idxalı tam qarşılamağa yetəcək valyuta ehtiyatlarının artmasına Hindistanın cari hesablar balansında nadir müşahidə olunan profisit, yerli səhm bazarında daxilolmaların artması və birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına sürətli axını təkan verib. Analitiklər bildirir ki, güclü valyuta ehtiyatları xarici investorlara və kredit reytinqi şirkətlərinə pisləşən maliyyə perspektivlərinə və son 40 ildə ilk dəfə iqtisadi artımın tam dayanmasına baxmayaraq, hökumətin öz borc öhdəliklərini tam yerinə yetirə biləcəyinə dair əlavə əminlik verir.
Mərkəzi Bankın ötən ilin yekunlarına dair açıqladığı statistikaya əsasən, 2020-ci ildə Hindistan spot valyuta bazarında 88 milyard dollar satın alıb. Nəticədə milli valyuta rupi Asiyanın əsas iqtisadiyyatları arasında ən pis dəyər göstərmiş, ABŞ Maliyyə Nazirliyi isə Hindistanı valyuta spekulyasiyaları edən ölkələr sırasına əlavə edərək, bu sahədə müşahidələri artıracağını bildirmişdir.
“Hindistanın müxtəlif valyuta ehtiyatlarının yetərliliyi barədə göstəricilər xüsusən son illərdə yaxşılaşmışdır” – Deutsche Bankın Hindistan üzrə baş iqtisadçısı Kauşik Das bildirir. Onun fikrincə, xarici valyuta ehtiyatlarında sağlam mövqe Hindistan Ehtiyatlar Bankına xarici şoklar, yaxud kapitalın ölkədən axını səbəbindən baş verə biləcək istənilən vəsait çatışmazlığı riskinin öhdəsindən gəlməyə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 18 d. əvvəl
-
27 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
30 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir





















