Azərbaycanın kurort şəhərində dünyada ən sürətlə böyüyən ağaclar əkilir
Naftalan şəhərində dünyada ən sürətlə böyüyən ağaclar əkilir
Şəhər İcra Hakimiyyətindən Marja-ya daxil olmuş məlumata görə, Pavlovniya və ya Adəm ağacı adı ilə tanınan ağaclar dünyada ən sürətlə, ildə 3 metrə qədər böyüyən, havanın çirklənməsinin qarşısını alan bir ağac növüdür.
Hündürlüyü 18-20 metrə qədər uzanan qiymətli ağac cinslərinə aiddir. 100 ilə qədər yaşayır. Mebel, musiqi alətləri istehsalı, bəzək əşyaları istehsalı və ən əsası keyfiyyətli kağız istehsalı kimi bir çox sahədə uğurla istifadə edilə bilən qiymətli bir materialdır.
Çiçəklərində bol bal ekstraktı olduğundan arıçılar onu bal gətirən ağac kimi əkirlər, gülləri nektarla zəngindir, alınan bal şəffaf və ətirlidir.
Pavlovniyadan yüksək keyfiyyətli Pellet yanacağı əldə etmək olur ki bu da istilik enerjisinin ekoloji təmiz alternativi olan bioyanacaqdır. Ən önəmli özəlliklərindən biridə ağac qırılmasına və ya kəsilməsinə baxmayaraq 5 dəfə yenidən eyni ölçüdə böyüməsidir.
"Əminik ki, günü-gündən gözəlləşən Naftalanımızda bu cür nadir ağac növlərindən sayılan Pavlovniyanın da olması həm şəhər əhalisinin, həm də şəhərimizə gələn çoxsaylı turistlərin böyük marağına səbəb olacaq. İlkin mərhələdə 300 ağacın əkilməsi planlaşdırılır. Şəhərdə görülmüş digər işlərlə yanaşı müxtəlif növ dekorativ ağacların əkilməsi də şəhərin füsunkar görüntüsünə rəng qatır. Kurort şəhəri Naftalanda ümumilikdə yaz mövsümündə 3000-dən çox ağac eldar şamı, evkalipt, göyrüş ağacları əkiləcək",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
7 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
7 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















