Çindən Tayvana "ananas" qadağası
Çin Tayvan mənşəli ananaslara qadağa qoyub. Marja xəbər verir ki, ani qadağa beynəlxalq ticarətin gündəmindədir.
Marja xəbər verir ki, Tayvanın İqtisadiyyat naziri Wang Mei-Hua, qərarın beynəlxalq ticarət qaydalarına zidd olduğunu söyləyərək qərara reaksiya verib.
Daha əvvəl Çin, 1 Martdan etibarən Tayvandan tropik meyvə idxalını müvəqqəti dayandıracağını açıqlamışdı.
Çinin dövlət xəbər agentliyi Xinhua, söz mövzusu qadağanın Çinin gömrük orqanının Tayvandan idxal edilən ananaslarda "zərərli həşaratlar" aşkar etməsi səbəbilə tətbiq edildiyini bildirib.
Bu həşaratların Çinin əkinçiliyinə və ekoloji təhlükəsizliyinə ciddi bir təhlükə ola biləcəyi qeyd edilib.
"Çin xaricindəki bazarlara çıxacağıq"
Çinin "ananas qadağası" ilə əlaqədar danışan Tayvanın iqtisadiyyat naziri Wang Mei-Hua, "Çin bir anda ananaslardakı həşaratları səbəb göstərərək məhsullarımızın idxalını dayandırdı" deyərək, qərarın beynəlxalq ticarət qaydalarına zidd olduğunu ifadə edib.
Çin ilə müzakirələr aparılacağını söyləyən nazir, "Məhsulları Çin xaricindəki digər bazarlara satmağa çalışacağıq" bildirib.
Rəsmi məlumatlara görə, Tayvan ixrac edilən ananasların 90%-ni Çinə göndərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















