"Qarabağa cəlb edilən xarici şirkətlər arxeoloji qazıntıları apara bilərlər" - XƏBƏRDARLIQ
Qarabağın yenidən qurulmasına cəlb edilən xarici şirkətlər arxeoloji qazıntıları daşıyıb apara bilərlər.
Marja xəbər verir ki, bunu Əməkdar memar, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə bildirib.
O, "Bərpa və quruculuq işlərində xarici mütəxəssislərin təcrübəsinə nə dərəcədə ehtiyac duyulur?" sualına belə cavab verib:
"Məncə, öyrənmək, həmişə müsbət cəhətdir. Elə məsələlər var ki, onlar bilir, biz bilmirik. Əlbəttə ki, Azərbaycan memarlığının nə olduğunu biz onlardan yaxşı bilirik. Amma onlarda yeni texnologiyalar, yeni yanaşmalar var və etiraf edək ki, həm də böyük təcrübə var. Elə şirkətlər var ki, bütün dünyada işləyir. Məsələn, Misirin bütün tarixi sirlərini ingilislər açıblar, arxeoloji qazıntıları onlar aparıblar. Bunun pis cəhəti odur ki, belə hallarda artefaktlar daşınıb aparıla bilər. Amma biz nəzarət etməliyik ki, belə hallar baş verməsin. Onsuz da Azərbaycanın qədim artefaktları vaxtilə daşınaraq aparılıb - bu gün onların bəziləri Ermənistandadır, dünyanın müxtəlif muzeylərində, müxtəlif hərraclardadır. Biz bunun qarşısını almalı, onları qaytarmalı və bundan sonra burada yeni nə işlər görüldüsə, bir dövlət olaraq buna nəzarət etməliyik. “Ağıllı” kənd və şəhər ideyasının Qarabağda tətbiq olunması çox düzgün qərardır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















