Azər Türk Bank İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankı oldu
(®️) Dövlət bankı Azər Türk Bank sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın və hesablanmış faizlərə subsidiyanın verilməsi üzrə müvəkkil təşkilatların siyahısına daxil edilməsi üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət etmişdir.
Bununla əlaqədar, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq Fondun İdarə Heyəti Azər Türk Bankın müvəkkil banklar siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul etmişdir.
Azər Türk Bank artıq müvəkkil kredit təşkilatı olaraq, sahibkarlar tərəfindən manatla alınan kreditlərə dövlət zəmanətinin və bu növ kreditlərə hesablanmış faizlərə görə subsidiyaların verilməsi prosesinə başlamışdır.
Qeyd edək ki, 12 aydan 36 ayadək rəsmiləşdirilən kreditin minimal məbləği 50 000 manatdır.
Daha ətraflı məlumatı https://atb.az/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
28 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim






























