"Qeyri-neft ixracını təşviq edən strategiya həyata keçiriləcək”
Azərbaycan hökuməti qeyri-neft ixracının artımını təşviq edən strategiya həyata keçirəcək.
Marjanın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər: “Bu məsələ əvvəllər olduğu kimi əsas hədəflərdən biridir. Hökumət qeyri-neft ixracının genişləndirilməsinə və rəqabətli klastırların inkişafının sürətləndirilməsinə nail olmaq niyyətindədir. Bu məqsədlə qeyri-neft ixracının artımını təşviq edən strategiya həyata keçiriləcək”.
"İXRAC POTENSİALI YÜKSƏK OLAN 120-YƏ YAXIN MƏHSUL VAR"
Mikayıl Cabbarov əlavə edib ki, yeni milli ixrac strategiyası ixrac məhsullarının həm çeşidinin, həm də satış bazarlarının coğrafiyasının genişləndirilməsini ehtiva edəcək: "Hazırda ixrac potensialı yüksək olan ölkəmizin 120-yə yaxın məhsulu vardır. Bu məhsulların 20-dən çox hədəf bazarları üzrə istiqamətləndirilməsi nəzərdə tutulur. Bu sahədə innovativ ekosistem inkişaf etdirilməlidir. Qeyri-neft ixracının həcminin 2025-ci ildə 2020-ci ilə nisbətən 2 dəfə çox olması hədəflənir".
Qeyd edək ki, 2020-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 5,3 faiz, real ifadədə isə 16 faiz azalaraq 1 milyard 851,3 milyon dollar təşkil etmişdir.
Bir çox ölkələr vergi və valyuta siyasətləri, ixraca hazırlıq, markalaşma, bazar araşdırma, sərgilərdə iştirak və s. üsullar ilə ixraclarına dəstək verirlər.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb














.jpg)



