Nazirlik: Azərbaycanın su ehtiyatları azalmağa doğru gedir
"Son 7-8 ildə Azərbaycanda, o cümlədən regionda iqlim dəyişmələri nəticəsində su ehtiyatlarımız azalmağa doğru gedir”
Bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, bu quraqlığın nəticəsidir: “Bununla buxarlanmalar və su itkilərimiz çoxalır. Bütün bunlar nəzərə alınaraq, ölkədə kifayət qədər tədbirlər həyata keçirilir. Çaylardan götürülən suyun qənaətlə istifadə olunması, israfçılığa yol verilməməsi ölkədə ETSN tərəfindən aparılan əsas işlərdən biri olub”.
Azərbaycanda 10 su anbarının yenidən qurulması və yenilərinin tikilməsi nəzərə tutulur
“Azərbaycanda 140-dan çox su anbarı, bu anbarlarda 21.9 milyard kubmetr su var”,- Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, bu sular kənd təsərrüfatının inkişafında mühüm rol oynayır: “Son dövrlər yağıntıların az olması su anbarlarında suyun azalmasına səbəb olub, lakin görülən tədbirlər çərçivəsində bu problemi stabilləşdirmək mümkün olub".
Şöbə müdiri deyib ki, ölkə Prezidentinin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və yenilərinin tikilməsi nəzərə tutulur: “Bunlar əsasən Böyük Qafqaz dağlarının ətəyində olan çaylarımız, məsələn, Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Kiçik Qafqazda isə Zəyəmçay su anbarlarının tikilməsi nəzərdə tutulur. Bu su anbarlarının texniki iqtisadi əsaslandırmaları hazırlanır. Bununla bağlı aidiyyəti dövlət qurumları fəaliyyət göstərir. Hesab edirik yaxın illərdə bu su anbarlarının tikintisinə başlanılacaq”.
APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
49 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























