"Dünya standartlarına uyğun kitab hazırlamaq və nəşr etmək üçün bu işə başladıq" - MÜSAHİBƏ
Azərbaycanda ilk dəfə "İZƏ" nəşriyyatında tərtib olunan “Sözlü məntiq” vəsaiti təqdim ediləcək.“İnci Şirkətlər Qrupu” daxilində faliyyət göstərən “İZƏ” nəşriyyatının direktoru Orxan Bəyov (20-dən çox kitabın müəllifi) ilə müsahibə.
- Orxan bəy, 2019-cu ildə qurulan və qısa zaman ərzində vəsaitləri ilə uşaqların, şagirdlərin və müəllimlərin sevimlisinə çevrilən "İZƏ" nəşriyyatını yaxından tanımaq istərdik.
- “İZƏ” nəşriyyatı 2019-cu ildə “İNCİ” şirkətlər qrupu daxilində quruldu, ancaq bunun öncəsi və özünə məxsus yaranma hekayəsi var. Bu barədə qısaca bəhs etmək istərdim. 1995-ci ildə təsis olunan “İnci Group of Companies” MMC dəftər və ofis ləvazimatlarının istehsalı, satışı və distributor şirkəti kimi fəaliyyətə başlayıb. Hazırda şirkətlər qrupunun tərkibində müxtəlif istiqamətlərdə və müxtəlif ölkələrdə bir neçə şirkət fəaliyyət göstərir.
Təbii ki, sağlam təməllərlə illərə dayanan bu şirkətin daxilində nəşriyyatın olması qaçınılmaz idi. 2019-a qədərki dövrdə bizim xəyallarımız var idi, fərqli kitablar incələyirdik, dünyanın müxtəlif ölkələrindəki kitab sərgilərində olur, oradakı kitabları görür və gördükcə gözəl bir şey edək, Türkiyə, Avropa, bir sözlə, dünya standartlarına uyğun kitablar hazırlayaq deyə xəyallar qururduq. Keçən illər ərzində təcrübələr qazandıq, daha da təkmilləşərək məsuliyyətli və bir o qədər cəmiyyətə faydalı olan bu işə başlamağa qərar verdik. Məqsədimiz şagirdləri ən yaxşı vəsaitlərlə təmin etmək, onlara fənləri sevdirəcək arzuladıqları kitabları nəşr etmək, müəllimlərin belə öyrədərkən özlərinin də faydalana biləcəkləri kitabları hazırlamaq idi. Əslində, bizim devizimiz olan “oxu, öyrən, öyrət, dünyanı dəyişdir...” ifadəsindəki məqsəd gələcəyimizi əmanət etdiyimiz şagirdlərimizi bir gün dünyanı belə dəyişə biləcəklərinə inandırmaq və onlara bu yolda dəstək olmaqdır. Bu minvalla yola çıxan "İZƏ" nəşriyyatını bu məqsədlə də davam etdiririk.
- Bu işi çox sevərək görürsünüz. Orxan bəy, nəşrləriniz, həqiqətən də, rəngarəng və keyfiyyətlə tərtib olunmuşdur. İstərdim ki, bu nəşrlər haqqında ətraflı məlumat verəsiniz.
-Təbii ki, hər bir vəsaitin özünəməxsus cəhətləri vardır və əlavə vəsaitlər dərsliklər üçün bir növ açar, izah, məşq xarakteri daşıyır. Bu baxımdan, şagirdlərin keçirilən mövzuları mənimsəməsi və dərslərində uğur qazana bilməsi üçün düzgün vəsait seçimi ən önəmli məqamlardan biridir. Düşünürəm ki, bir vəsaitin üstünlüyü onun dərsliklərə uyğun olması, tapşırıqların inkişafetdirici, düşündürücü, şagirdlərdə şüurlu mənimsəmə və mühakimə aparma bacarıqlarını inkişaf etdirməyə yönəlmiş olmasıdır. Məhz bu baxımdan vəsaitlərimizi tərtib edərkən bu prinsiplərə əməl edərək kitablarımızı 3 əsas başlıq altında formalaşdırdıq. Bunlar - mövzu izahları, çalışmalar, qapalı testlərdir.
- Müasir tədris metodlarında istifadə olunan Blum taksanomiyasını Azərbaycanda ilk dəfə 5-8-ci siniflər üçün "DKT" (Dəftər, Kitab, Test toplusu) vəsaitlərinə uyğunlaşdıran "İZƏ" nəşriyyatıdır. Şagirdlərin və hətta deyərdim ki, müəllimlərin belə əvəzolunmaz vəsaitinə çevrilən "DKT" seti də ilk dəfə "İZƏ" nəşriyyatı tərəfindən tərtib olunub. İstərdim ki, "DKT" setiniz haqqında məlumat verəsiniz. Bu setdə nə üçün Blum taksanomiyasından istifadə etmisiniz?
- "DKT" seti dəftər, kitab və test toplusunun bir kitabda cəm olunmasıdır. Bu üçü bir arada olması səbəbi ilə hər birimizin o yaşlarda olduğu zaman arzuladığı və xəyal etdiyi vəsaitdir.
5-8-ci siniflər üçün tərtib olunan vəsaitlərimizdə müəlliflərlə birlikdə onların daha faydalı, dünya standartlarına uyğun olması üçün milli kurikulumu sintez edərək 6 mərhələli taksanomiya metodunu 4 hissəli ölçmə və qiymətləndirmə sisteminə uyğunlaşdırdıq. Bu sistemle hazırlanan vəsaitlərimiz şagirdlərin öncədən öyrənilən məlumatı verilən mövzu izahları ilə xatırlaması və bu izahları sual həllərində istifadə etməklə mövzunu daha yaxşı qavramasını, daha sonra öyrəndikləri mövzuları verilən məlumatlara əsasən çalışmalar üzərində tətbiq etməsini, düşünmə qabiliyyətini artırmasını və sonda şagirdlərin qiymətləndirilməsi ilə birlikdə “tam öyrənmə”yə nail olunmasını təmin edir. Blum taksanomiyası ilə tərtib olunan bu vəsait eyni zamanda şagirdlərin üst səviyyədə düşünmə bacarıqlarını da inkişaf etdirir.
- Şagird və müəllimlərə maraqlı olan məqamlardan biri də "İZƏ" nəşriyyatının yeni layihələridir. Nə kimi yenilikləriniz ilə şagirdləri sevindirəcəksiniz?
- İlk öncə uzun zamandır üzərində işlədiyimiz və tezliklə hazır olacaq olan bir vəsaitimiz haqqında məlumat vermək istərdim. Azərbaycanda ilk dəfə "İZƏ" nəşriyyatında tərtib olunan bu vəsait “Sözlü məntiq”dir. Bu vəsait 1-4-cü siniflər üçün nəzərdə tutulub və deyərdim ki, hər kəsin çox səbirsizliklə gözlədiyi bir vəsaitdir. "Sözlü məntiq" vasitəsi ilə şagirdlər dil biliklərini və bacarıqlarını inkişaf etdirərək sürətli analiz etmə bacarıqlarını da gücləndirəcəklər.
Daha sonra ibtidai sinif şagirdlərinin çətinlik çəkdiyi riyaziyyat fənni üzrə açıq tipli çalışmalar və məsələ həlləri üzrə bir layihəmiz var. Bu vəsait vasitəsi ilə şagirdlər açıq tipli çalışmalarla məsələ həllərinin sintezini tək vəsaitlə öyrənmiş olacaqlar.
Təbii ki, qarşıdan gələn yay aylarında şagirdlərimizin bu ayları daha səmərəli keçirmələri üçün 6 fənnin bir arada olması ilə hazırlanacaq “Yay tapşırıqları” vəsaitləridir.
- Müsahibə üçün təşəkkür edirik, işləriniz avand olsun.
Müştərilərin xəbərləri
                        “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
 - 1 ay sonra
 - 5 gün sonra
 - 
                         
                     - 
                     57 d. əvvəl
                    
Antiinhisar: Aeroportda taksi probleminin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir
 - 
                     1 saat əvvəl
                    
BP, neft və qaz hasilatının artması sayəsində 3-cü rübdə proqnozu üstələyən mənfəət əldə edib
 - 1 saat əvvəl
 - 1 saat əvvəl
 - 
                     2 saat əvvəl
                    
"İdeal Kredit" BOKT-un təsisçilərindən biri payını satıb - Hüseynov alıb
 - 
                     2 saat əvvəl
                    
Azərbaycanda 5 bankın 9 aylıq qeyri-faiz gəlirləri 35 milyon manatdan çoxdur
 - 
                     2 saat əvvəl
                    
Sahibkarlara 10 milyon manatadək güzəştli kredit imkanı təqdim edilir
 - 
                     2 saat əvvəl
                    
Qarabağa dövlət büdcəsindən ayrılan vəsait azaldılır - SƏBƏBİ AÇIQLANIB
 - 2 saat əvvəl
 
Son Xəbərlər
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
                                    Biznesiniz üçün QISA NÖMRƏ alın
                                SOCAR-dan "Ai-92" və "Ai-95" benzinlərilə bağlı açıqlama
Ən çox oxunanlar
                                Naxçıvana dotasiyaların azalmasının səbəbi açıqlanıb
                                Nazir gələn ildən gəlir vergisinin tətbiqi ilə bağlı qərarı əsaslandırıb - Özəl sektor əməkhaqqıları mərhəlili vergiyə cəlb ediləcək
                                “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
                                Neft və qaz qiymətlərində azalma gözləyirik - Nazir Sahil Babayev
                                AzTV-də 26 milyon manatlıq nöqsan
                                Gələn il ƏDV daxilolmaları ilk dəfə 9 milyard manatı ötəcək
                                2030-cu ilə kimi dövlət şirkətlərinin büdcəyə dividend ödənişləri üzrə proqnoz azaldılıb
                                

                        
                    











.jpg)










.jpg)
