"AzerGold" qızıl və gümüş satışından gəlirlərini ötən il 29% artırıb

"AzerGold" QSC-nin hasil etdiyi qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində ötən il ölkə iqtisadiyyatına ümumilikdə 186,5 mln. manat vəsait cəlb edilib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 41,5 mln. manat və ya 29% çoxdur.
Bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, ötən il QSC 59,4 min unsiya qızıl və 119,4 min unsiya satışını təşkil edib.
Cəmiyyət tərəfindən istehsal olunan külçə və sikkələrinin pərakəndə satışı ötən il də uğurla davam etdirilib. 2020-ci il ərzində ümumi dəyəri 1,6 mln. manat olan 1 275 ədəd məhsulun satışı həyata keçirilib. Hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan "Azergold.gift" saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olub. Nəticədə, 2019-cu illə müqayisədə 80% daha çox məhsul satılıb, əldə edilən vəsait 84% artıb.
Z. İbrahimovun sözlərinə görə, Cəmiyyətin göstəriciləri uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu qeyd edilməlidir. Bunun əyani nümunəsi kimi QSC-nin fəaliyyətə başladığı dövrdə səmərəli fəaliyyətin təşkili məqsədi ilə cəlb edilmiş 148,4 mln. ABŞ dollar dəyərində kredit öhdəliyi, nəzərdə tutulduğundan bir il daha tez qaytarılıb. Kredit öhdəliklərinin 2020-ci ildə tamamilə ödənməsi sayəsində təqribən 2 mln. manat vəsaitə qənaət edilmiş və yerli banklarda 69,4 mln. dollar məbləğində kredit xətti Cəmiyyətin istifadəsi üçün ayrılıb.
"Hesabat dövrü ərzində "Çovdar", "Köhnəmədən", "Qaradağ" saziş sahələrini əhatə edən yataqlar və Daşkəsən dəmir filizi yatağı ərazisində 75 778 metr buruq-qazma işləri görülmüş və 31 020 nümunə üzrə laboratoriya təhlilləri aparılıb. Xüsusilə vurğulamaq istərdim ki, ötən il şirkətimiz tərəfindən icra edilmiş buruq-qazma həcmi ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici hesab olunur", - Z. İbrahimov qeyd edib.
O həmçinin bildirib ki, QSC tərəfindən 2020-ci ildə dövlət büdcəsinə ümumilikdə 12,9 mln. manat vəsait ödənilib. Bu vəsaitin 10,7 mln. manatı vergi, 2,2 mln. manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. 2019-cu ildə bu məbləğ 12,2 mln. manat olub, 2020-ci ilin büdcə ödənişləri 2019-cu illə müqayisədə 0,7 mln. manat, yəni 6% artıqdır. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 40,8 mln. manat həcmində vergi və sosial köçürmələrin ödənişi təmin edilib.
QSC sədri xatırladıb ki, Cəmiyyətin 2019-cu ilin yekunlarına dair maliyyə hesabatları 2020-ci ildə dərc olunub. Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun müstəqil auditor şirkəti tərəfindən aparılan yoxlamalar nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən, 2019-cu il üzrə Cəmiyyətin xalis mənfəəti 2018-ci illə müqayisədə 55% həcmində artaraq 12,4 mln. dollar təşkil edib, həmçinin digər göstəricilər üzrə yüksək nəticələr əldə edilib.
"Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olaraq cari ildə müstəqil auditor şirkəti ("Pricewaterhouse Coopers Audit Azerbaijan") tərəfindən aparılacaq yoxlamaların da müsbət dəyərləndiriləcəyi proqnozlaşdırılır. Cəmiyyətdaxili hesablamalara və 2020-ci il üzrə vergi uçotuna uyğun operativ məlumatlara əsaslanaraq qeyd edə bilərəm ki, cari ildə Cəmiyyətin xalis mənfəəti təqribən 50 mln. manat civarında gözlənilir. Auditor şirkəti tərəfindən rəy veriləcək maliyyə hesabatları ənənəvi olaraq geniş ictimaiyyət üçün açıqlanacaqdır", - Z. İbrahimov vurğulayıb.
Həmçinin qeyd olunub ki, ötən il ərzində QSC-nin təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq faktiki 415 nəfər işçi olmaqla, mədən ərazisində fəaliyyət göstərən podratçı şirkətlərlə birgə 1 200 nəfərdən artıq işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradılıb.
Nazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli 257 nömrəli Qərarına uyğun olaraq Cəmiyyət üzrə ilk dəfə 2020-ci il üçün səmərəlilik göstəricilərinin illik proqnoz (hədəf) göstəriciləri Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiya ilə razılaşdırılmaqla Cəmiyyətin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş və istinadolunan Komissiyanın Katibliyi qismində Maliyyə Nazirliyinə təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
