"Tələblərə cavab verməyən daşıyıcılar sərnişindaşıma sistemindən kənarlaşdırılacaq"
“Bakı Nəqliyyat Planı”na uyğun olaraq paytaxtda 157 sayda mövcud marşrut xətti xarici mütəxəssislərlə birgə təhlil edilib, sərnişin həcmi dəqiqləşdirilərək hərəkət sxemləri müəyyənləşdirilib”.
Bunu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin 1 illiyi barədə məlumat verən agentliyin rəhbəri Vüsal Kərimli bildirib.
“Prezident İlham Əliyevin 21 dekabr tarixli fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi ötən bir ildə Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi istiqamətində mühüm tədbirlərin icrasına başlayıb. İlk olaraq paytaxtın nəqliyyat sistemində mövcud vəziyyət təhlil edilib, həlli vacib məsələlər müəyyən edilib. Ümumilikdə 2016-cı ili mövcud vəziyyətin təhlili və strateji fəaliyyət planının hazırlanması ili kimi xarakterizə edilməlidir”, - deyə V. Kərimli vurğulayıb.
V.Kərimli bildirib ki, hazırda Bakı şəhərində ümumilikdə 2100 avtobus sərnişindaşımada istifadə edilir, 58 daşıyıcı isə marşrut xətlərinin müvəqqəti istismarının həyata keçirir: “Bakı Nəqliyyat Agentliyi xidmət səviyyəsinin artırılması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə daşıyıcılar qarşısında müvafiq qanunvericilik və hüquqi normativ aktlardan irəli gələn tələb qoyub. Qoyulan tələblərin icrasının vacibliyini nəzərə alaraq mütəmadi olaraq monitorinqlər aparılır, mövcud çatışmazlıqlar aşkar edilərək həlli ilə bağlı operativ tədbirlər görülür”.
İl ərzində bir sıra daşıyıcıların maddi-texniki istehsalat bazalarına baxış keçirildiyini deyən V. Kərimli bildirib ki, Bakıda müntəzəm sərnişindaşıma ilə məşğul olan 58 daşıyıcıdan yalnız 17-si maddi-texniki istehsalat bazasına malikdir: “Daşıyıcıların əksəriyyəti qoyulan tələblərə tam cavab vermir. Bu gün təəssüflər olsun ki, hələ də bir sıra marşrut avtobusları xəttə qarajlardan deyil, müxtəlif məhlələrdən çıxır. Bu sahədə mövcud vəziyyətin normallaşdırılması istiqamətində 2017-ci ildə kompleks tədbirlərin görülməsi nəzərdə tutulub. Marşrut xətlərinin müvəqqəti istismara verilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müsabiqə yolu ilə həyata keçiriləcək. Maddi-texniki bazası tələblərə cavab verməyən daşıyıcılar mərhələli şəkildə sərnişindaşıma sistemindən kənarlaşdırılacaq. İlk belə müsabiqənin 2017-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, hər hansı avtobus şirkətinin keyfiyyətdə dominantlıq etməsi, onun inhisarçı olması demək deyil. Agentlik heç bir avtobus şirkəti arasında fərq qoymur. Bizim üçün önəmli olan yalnız vətəndaşa göstərilən xidmətin keyfiyyətidir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
5 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
7 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)















