Koronavirus peyvəndi bazarı illik 25 milyard dollara çata bilər
Yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə mübarizədə mühüm əhəmiyyət daşıyan və qiymətləri 2,19 dollar ilə 44 dollar arasında dəyişən peyvəndlərin, qlobal miqyasda illik 25 milyard dollaradək bazar böyüklüyü meydana gətirməsi gözlənilir.
Marja xəbər verir ki, Morgan Stanley və Credit Suisse tərəfindən aparılan araşdırmaya görə, orta hesabla tək doza Kovid-19 peyvəndinin 20 dollar olduğu əsas götürüldüyündə peyvənd istehsalçısı əczaçılıq şirkətlərinin yalnız ABŞ, Avropa və digər inkişaf etmiş ölkələrdən ildə 10 milyard dollar gəlir əldə etməsi nəzərdə tutulur.
Araşdırmaya görə, söz mövzusu gəlir qlobal miqyasda illik 25 milyard dollara çata bilər.
İngiltərə mətbuatında AstraZeneca tərəfindən istehsal edilən peyvəndin tək doza satış qiymətinin 4 dollar, Sanofi-GSK tərəfindən istehsal edilən peyvəndin 10 dollar olduğu qeyd edilib. Moderna isə avqust ayında tək doza peyvəndin satış qiymətinin ən çox 37 dollar olacağını açıqlamışdı.
Analiz şirkəti Airfinity-in məlumatlarına görə, bu günə qədər koronavirusa qarşı peyvənd araşdırmaları üçün dövlətlərin büdcələrindən cəmi 6,5 milyard sterlinq (8,92 milyard dollar) ayrılıb. Gəlir güdməyən fərqli təşkilatlar da peyvənd işlərinə təxminən 1,5 milyard sterlinq (2,06 milyard dollar) məbləğində yardım ediblər.
AstraZeneca, Pfizer/BioNTech, Novavax, Sinovac, Curevac, Johnson & Johnson, Sanofi/GSK, Sanofi/Translate Bio peyvənd araşdırmalarına dövlətlər və xeyriyyə təşkilatları tərəfindən verilən dəstəklər də daxil olmaqla cəmi 16 milyard 675 milyon sterlinq (22,88 milyard dollar) səviyyəsində sərmayə qoyublar.
Airfinity-nin məlumatlarına görə, inkişaf etmiş iqtisadiyyatlar indidən Pfizer-BioNTech və Moderna tərəfindən istehsal edilən peyvəndlərin 85%-ini satın almışlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















