"Mərkəzi Bank yeni inzibati binanı öz vəsaiti hesabına tikəcək"
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 218 milyon avroya (447 milyon manat) Mərkəzi Bankı üçün yeni inzibati binanın tikintisi məsələsinə münasibət bildirib.
Marja-nın məlumatına görə, Elman Rüstəmov, "İnzibati bina dövlət büdcənin vəsaiti hesabına deyil, Mərkəzi Bankın özünün qazandığı vəsaiti hesabına 4-5 il ərzində tikiləcəkdir" deyib.
Elman Rüstəmov əlavə edib ki, son 3 ildə Mərkəzi Bank dövlət büdcəsinə 7,8 milyard manat köçürüb. 2021-ci ildə isə 250 milyon manat köçürülməsi nəzərdə tutulur.
Xəbər verdiyimiz kimi, Türkiyənin "Tekfen Holding" şirkəti, törəmə şirkəti "Tekfen İnşaat"ın Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati binanın tikintisi tenderinin qalibi olduğunu açıqlayıb. Layihənin məbləği 218 milyon avro müəyyən olunub.
Elman Rüstəmov əlavə edib ki, hazırda maliyyə bazarlarına tam nəzarət Mərkəzi Banka keçib, işçilərin sayı artıb. Mərkəzi Bank hazırda 3 binada fəaliyyət göstərir. Hazırda Mərkəzi Bankın xəzinəsinin bir hissəsi Mərkəzi Bankın əsas binasından kənardadır. Bu baxımdan Mərkəzi Bankın müasir və təhlükəsizlik tələblərinə cavab verən yeni inzibati binaya ehtiyacı var. Yeni inzibati bina istifadəyə verildikdən sonra hazırda Mərkəzi Bankın istifadə etdiyi binalar dövlətə qaytarılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























