“Azercell” şirkəti və Beynəlxalq Bank yeni əməkdaşlığa imza atır
Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!İndi Azercell-in rəqəmsal həlləri IBA Mobile tətbiqində! Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC Azərbaycan Beynəlxalq Bankı ilə birgə əməkdaşlıqda daha bir yeniliyə imza atır. Artıq Azərbaycan Beynəlxalq Bankının IBA Mobile mobil əlavəsinin istifadəçiləri tətbiq vasitəsilə Azercell-in NNTV, Bookmate, BluTV və ivi xidmətlərini aktivləşdirmək imkanı əldə edir.
Xidmətlərə qoşulmaq qaydası çox sadədir. İstifadə rahatlığı və funksionallığı ilə seçilən IBA Mobile-də “Digər” bölümünü seçdikdən sonra “Partnyorlar” bölümünə keçid edib “Azercell tətbiqləri” sırasında sevdiyiniz xidmətə abunə ola bilərsiniz.
4 milyondan çox dünya və Azərbaycan ədəbiyyatı əsərlərini elektron və audio formatda özündə cəmləşdirən Bookmate tətbiqini lider mobil operator eksklüziv şərtlərlə təqdim edir. Yalnız Azercell abunəçiləri xidmətə 50% endirimlə- ayda cəmi 3.50 AZN ödəyərək qoşula bilərlər. Bookmate mütaliəsevərlərə məkandan və istifadə olunan cihazdan asılı olmayaraq Azərbaycan, türk, ingilis, rus və digər dillərdə zəngin elektron kitabxanadan yararlanmaq, sevdiyi kitabları sosial şəbəkələrdə dostları ilə paylaşmaq, eləcə də tətbiqi yeni kitablarla daha da zənginləşdirmək imkanı verir. Xidmətdən günlük istifadə haqqı 0.19 AZN təşkil edir.
Azərbaycanda yalnız Azercell abunəçilərinin yararlana biləcəyi NNTV xidməti 200-dən çox yerli və xarici televiziya kanallarını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verir. Xidmətdən ayda 4 AZN və ya gündə 0.20 AZN ödəməklə yararlanmaq mümkündür. Abunəçilərinin rahatlığını hər zaman düşünən Azercell, bu xidmət üçün xüsusi paketlər də təqdim edir. Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/digital-solutions/nntv.html səhifəsinə keçid etməyiniz xahiş edilir.
Azercell son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını, eləcə də türk TV kanallarını BluTV ilə müstəsna tərəfdaşlıq çərçivəsində endirimli qiymətlərlə təqdim edir. İzləmə rekordları ilə seçilən türk kinematoqrafiyasını 4K keyfiyyətdə və reklamsız ayda 4.99 AZN deyil, cəmi 3 AZN-ə smartfonlarınızda və ya Smart TV-də izləyin! Günlük abunə haqqı 0.25 AZN təşkil edir.
Kinoteatrların bağlı olduğu bir zamanda Azercell kino pərəstişkarlarını ivi xidməti ilə sevindirir. Dünyanın ən populyar və eksklüziv filmlərini Smart TV də daxil olmaqla, eyni anda 5 cihazda izləmək imkanı verən ivi xidmətindən ayda cəmi 5.99 AZN-ə və ya gündə 0.40 AZN-ə yararlanmaq mümkündür. Ən yeni filmləri ivi ilə yüksək keyfiyyətdə və reklamsız izləmək fürsətini qaçırmayın!
Azercell-in Big Data və Təhlillər departamentinin direktoru, İstehlakçı Seqment Biznes strukturunun rəhbəri Azad Hüseynov bildirdi: “Artıq 2 ildir ki, rəqəmsallaşma siyasətimizi uğurla həyata keçiririk. Özünəxidmət məhsullarının xüsusilə aktual olduğu bir zamanda abunəçilərimizin həyatını innovativ biznes həlləri ilə asanlaşdırmağa çalışırıq. Azərbaycan Beynəlxalq Bankı ilə birgə bu istiqamətdə daha bir önəmli addım atdığımızı düşünür və bu əməkdaşlığın müştərilərimiz üçün faydalı olacağına inanıram”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya İnzibatçısı Taleh Tahirli mobil xidmətlərin bu şəkildə uğurlu inteqrasiyasının ölkəmizdə innovasiya ekosisteminin inkişafına xidmət etdiyini qeyd etdi: “Hər biri öz sahəsində lider olan Azərbaycan Beynəlxalq Bankı və Azercell şirkətinin bu istiqamətdə öz imkanlarını birləşdirməsi faydalı müştəri təcrübəsi formalaşdıracaq və yeni innovativ həllərin ortaya çıxmasına zəmin yaradacaq”.
Azercell-in rəqəmsal məhsullar portfeli ilə tanış olmaq üçün https://www.azercell.com/az/personal/digital-solutions.html səhifəsinə keçid etməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
7 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)





.jpg)






.jpg)



