ABŞ-lı milyarderlərin sərvəti pandemiya müddətində 1,1 trilyon dollar artıb
ABŞ-lı 660 milyarderin sərvəti, yeni növ koronavirus (Kovid-19) pandemiyasının təsirli olduğu son 10 aylıq müddətdə 1,1 trilyon dollar artaraq cəmi 4,1 trilyon dollara çatıb."Americans for Tax Fairness" və "Institute for Policy Studies"ın ortaq açıqlamasında, Kovid-19 pandemiyasının səbəb olduğu böhrana baxmayaraq amerikalı milyarderlərin sərvətlərini artırdığı bildirilib.
Marja xəbər verir ki, Kovid-19 pandemiyasının təsirli olmağa başladığı 18 Mart 2020-də ABŞ-lı 660 milyarderin cəmi sərvətinin 3 trilyon dollardan bir az aşağı olduğu xatırladılan açıqlamada, milyarderlərin sərvətinin 18 Yanvar 2021-ci il tarixində 4,1 trilyon dollara yüksəldiyi qeyd edilib.
Açıqlamada, ABŞ-lı milyarderlərin Kovid-19 pandemiyasının təsirli olduğu 10 aylıq müddətdə sərvətlərini 1,1 trilyon dollar artırdığı və bunun təxminən 40%-lik bir artım olduğu qeyd edilib.
Milyarderlərin cəmi sərvətinin, aşağı gəlir qrupundakı 165 milyon amerikalının 2,4 trilyon dollar olan cəmi sərvətinin 3-də 2-sindən daha çox olduğu qeyd edilən açıqlamada, milyarderlərin pandemiya dövründə sərvətlərinə əlavə etdiyi 1,1 trilyon dollarla, ABŞ Prezidenti Joe Biden-in Kovid-19 ilə mübarizə üçün təqdim etdiyi 1,9 trilyon dollarlıq iqtisadi dəstək paketində yer alan bəzi yardımların qarşılana biləcəyi ifadə edilib.
Açıqlamada, Tesla və Space X şirkətlərinin sahibi Elon Musk-ın bu dövrdə sərvəti ən çox artıran milyarder olduğu ibildirilib. Musk-ın 2020-ci ilin Mart ayından bu yana sərvətinin 628,5% nisbətində artırdığı qeyd edilib. Musk-ın 18 Mart 2020-də 24,6 milyard dollar olan sərvəti, 18 Yanvar 2021-ci ild 179,2 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















