“WhatsApp” qalmaqala görə yeni qərarının icrasını təxirə saldı
“WhatsApp” istifadəçi müqaviləsinə 8 fevralda tətbiq edəcəyi yenilənmənin icrasını təxirə salıb.
Bu barədə “WhatsApp” rəhbərliyinin bəyanatında qeyd olunub.
Messenger yeniləmənin tətbiqetmə tarixini 8 fevraldan 15 may tarixinə qədər dəyişdirib.
“Sosial şəbəkə rəhbərliyi istifadəçilərə yeni siyasəti izah edə bilmək, şərtləri nəzərdən keçirib qəbul etmələri üçün onun tətbiq edilməsini 16 may tarixinə qədər təxirə salır. Fevralın 8-i heç bir hesab bloklanmayacaq və silinməyəcək”, məlumatda qeyd olunub.
Qeyd edək ki, dünyanın ən çox işlədilən messenceri “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bəyan edib.
Belə ki, “WhatsApp” messencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndə görə istifadəçi öz şəxsi məlumatlarını “Facebook” şirkətinə təqdim etməlidir.
Yeni bəndə görə “Facebook” şirkətinin bir parçası olan “WhatsApp” öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin “bütün əlavələr ailəsi”lə paylaşacaq. Belə ki, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir.
Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, “ailə”yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir.
Sonradan “WhatsApp” rəhbəri Uill Katkart bildirib ki, yeni qaydanın tətbiqi heç də istifadəçilərin şəxsi yazışmaları və zəngləşməsinin messencer, yaxud “Facebook” üçün əyaniləşəcəyi demək deyil, yeni gizlilik siyasətinin tətbiqi şəffaflığı artırılmasına, şəxsi akkauntlarla kommersiya xarakterli akkauntlar arasındakı məqamları istifadəçilərə daha səlis çatdırılmasına yönəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























