“OBA” marketlər şəbəkəsi il sonunda uşaqları və aztəminatlı ailələri sevindirdi
(®️) Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Uşaq sığınacağına və aztəminatlı ailələrə yardım” adlı layihə həyata keçirdi.
Xüsusi günləri daima diqqət mərkəzində saxlayan “OBA” marketlər şəbəkəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə çoxuşaqlı və aztəminatlı ailələri, həmçinin uşaq evində olan uşaqları sevindirdi.
Belə ki, Yeni il münasibətilə “OBA” marketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayonu bölməsində qeydiyyatda olan çoxuşaqlı və aztəminatlı ailələrə ərzaq yardımı, həmçinin “Ümid yeri” uşaq sığınacağında olan uşaqlara yeni il hədiyyələri göndərdi.
Onu da qeyd edək ki, “OBA” marketlər şəbəkəsi yalnız xüsusi günlərdə deyil, mütəmadi olaraq köməyə ehtiyacı olan aztəminatlı ailələrə həm şirkət, həm də şirkət əməkdaşları tərəfindən yardımlar təşkil edir.
Xatırladaq ki, “OBA” marketlər şəbəkəsinin yenilikləri haqqında ətraflı məlumat almaq üçün Obamarket.az saytına daxil ola bilərsiniz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
7 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
7 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
7 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 9 saat əvvəl
-
9 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















