ABŞ-da “Boeing 737 MAX” təyyarələrinin uçuşları bərpa olunub
ABŞ-ın “American Airlines Group Inc” aviakompaniyası iki qəzadan sonra istismarı qadağan olunan “Boeing 737 MAX” təyyarələrinin uçuşlarını bərpa edib.
“The Wall Street Journal” nəşri xəbər verir ki, təyyarənin Mayami şəhərindən Nyu-Yorka uçuş həyata keçirən ilk reysinin sərnişinləri arasında aviakompaniyanın prezidenti Robert Aysom da olub.
ABŞ Federal Mülki Aviasiya İdarəsinin noyabr ayında verdiyi müvafiq icazədən sonra “American Airlines” aviakompaniyası “Boeing 737 MAX” təyyarələrini tədricən istifadəyə qaytarmağı planlaşdırır.
Braziliyanın “GOL Linhas Aereas Inteligentes SA” şirkəti laynerin uçuşlarını bərpa edən ilk aviakompaniya olub. ABŞ-ın “United Airlines Holdings Inc” və “Southwest Airlines Co” aviakompaniyaları isə MAX təyyarələrini müvafiq olaraq 2021-ci ilin fevral və mart aylarından başlayaraq istifadə edəcəklərini bildirib.
Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtı yaxınlığında qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bundan bir müddət əvvəl - 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
“Boeing” kompaniyası qəzadan öncə hər iki təyyarənin MCAS sisteminin işində nasazlıq olduğunu etiraf etmişdi. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırmışdı.
Noyabrın 18-də ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi “Boeing 737 MAX” təyyarələrinin istifadəsinə icazə vermiş, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi isə hələ oktyabr ayında “737 MAX” laynerlərinin proqram təminatına və avadanlığına edilən dəyişikliyin onların 2020-ci ilin sonlarınadək Avropanın hava məkanında uçuşları bərpa etməsinə imkan yaratdığını bildirmişdi.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 32 d. əvvəl
- 44 d. əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb




















