Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!
(®️) Azercell abunəçiləri Yeni il ərəfəsində ən sevdikləri tətbiqlərdən internet xərclərini düşünmədən yararlanacaq! Ölkənin lider mobil operatoru bütün abunəçilərini qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edir və 2021-ci ilin yanvar ayının 21-nə kimi “Bookmate Plus”, “Busuu”, “SberZvuk” və “NNTV” xidmətlərindən internet sərf etmədən istifadə imkanı yaradır.
Xatırladaq ki, ölkədə ən zəngin rəqəmsal məhsullar portfelinə sahib olan Azercell-in tətbiqlərinə abunə olmaq çox asandır.
Mütaliəni hər kəs üçün daha da əlçatan edən, Azərbaycan, türk, ingilis, rus və digər dillərdə dünya ədəbiyyatını oxumaq və audio versiyasını dinləmək üçün sərhədsiz imkanlar yaradan “Bookmate Plus” xidmətinə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığılması kifayətdir.
Azercell xarici dilləri öyrənmək, dil biliklərini inkişaf etdirmək istəyən abunəçilərini də diqqət mərkəzində saxlayaraq “Busuu” xidmətini təqdim edir. “Busuu” xidmətini günlük aktiv etmək üçün telefonun ekranında *696#YES, aylıq paket üçün isə *969#yes yığılmalıdır.
Musiqi sevərlər isə şirkətin “SberZvuk” xidmətindən faydalana bilərlər. Ən son musiqi parçalarını telefonunuza daşıyan “SberZvuk” xidmətinə günlük abunə olmaq üçün *701#yes, aylıq abunəlik aktiv etmək üçün isə *707#yes komandası yığılmalıdır.
200-dən çox televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verən “NNTV” xidmətini günlük aktiv etmək üçün *401#yes, aylıq aktiv etmək üçün isə *430#yes smartfonun ekranında yığılmalıdır. Onu da qeyd edək ki, abunəçilərinin rahatlığını hər zaman düşünən Azercell, bu xidmət üçün xüsusi paketlər də təqdim edir. Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv səhifəsinə keçid etməyiniz xahiş edilir.
Qeyd edək ki, Azercell-in Yeni il kampaniyasından yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə internet xətti aktiv olmalıdır.
Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/newyear/ səhifəsinə, Azercell-in rəqəmsal həlləri ilə tanış olmaq üçün https://www.azercell.com/az/personal/services/partner_services/ səhifəsinə keçid etməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
46 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
1 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























