Mərkəzi Bank pul təklifini artırmağa başlayır
Mərkəzi Bank makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini nisbətən artırmağa başlayır.
“Marja” xəbər verir ki, bu barədə Mərkəzi Bankın Mayın 2-də yaydığı açıqlamada deyilir.
“Mövcud situasiyanı və yaranmış yeni makroiqtisadi meyilləri nəzərə alaraq pul proqramının həyata keçirilməsində çeviklik artırılmışdır. Yaranmış vəziyyət makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini nisbətən artırmağa imkan vermişdir”,- açıqlamada deyilir.
Xəbər verdiyimiz kimi, 1 may 2017-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Həyata keçirilən sabitləşdirmə tədbirlərinin inflyasiyanın azalmasına ötürülməsi xüsusiyyətlərini və vaxtını, makroiqtisadi risklər xəritəsində baş verən dəyişiklikləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz (15%-də) saxlanması barədə qərar qəbul etmişdir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, iclasda son makroiqtisadi proseslər geniş müzakirə olunmuşdur. Müzakirələrdə makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəziyyəti və başlıca makroiqtisadi risklər nəzərdən keçirilmişdir.
İclasda qeyd olunmuşdur ki, cari ildə tədiyə balansında yaxşılaşma meyilləri müşahidə edilir. Nisbətən əlverişli neft qiymətləri, ixracın, o cümlədən qeyri-neft ixracının artması, habelə rüblük idxalın azalması tədiyə balansının cari hesabına müsbət təsir göstərmişdir. Yaranmış vəziyyətdə 2017-ci ilin sonuna xarici ticarət balansında və cari əməliyyatlar hesabında müsbət saldonun yaranacağı gözlənilir.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Cari ilin ötən dövründə qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi üzrə tədbirlər planının ardıcıllıqla həyata keçirilməsi, o cümlədən antiinflyasiya xarakterli mühafizəkar pul siyasəti makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynamışdır.
Tədiyə balansında müsbət meyillər və bu şəraitdə valyuta təklifi kanallarının genişlənməsi son aylarda manatın məzənnəsinin möhkəmlənmə trendini gücləndirmişdir. Mərkəzi Bankın valyuta bazarında iştirakının əhəmiyyətli məhdudlaşmasına baxmayaraq manatın məzənnəsində volatillik azalmış və alış-satış məzənnələri arasında spred minimuma enmişdir.
Milli valyutanın möhkəmlənməsi trendinin və daxili tələb amillərinin təsiri altında inflyasiya gözləntiləri səngiməyə başlamışdır. Aparılan son sorğulara görə əhalinin bütün gəlir qrupları üzrə inflyasiya gözləntilərinin azalması müşahidə olunmuşdur. Cari ilin son 3 ayında aylıq inflyasiya templəri yanvar ayına nəzərən aşağı olmuşdur.
“Mövcud situasiyanı və yaranmış yeni makroiqtisadi meyilləri nəzərə alaraq pul proqramının həyata keçirilməsində çeviklik artırılmışdır. Yaranmış vəziyyət makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini nisbətən artırmağa imkan vermişdir”.
Qeyd edək ki, Mərkəzi Bank depzoit hərracları ilə manat kütləsini azaldırdı. Son vaxtlar hərracların sayı azaldılıb.
"PUL QITLIĞI BİZİ CİDİ NARAHAT EDİR"
Qeyd edək ki, bir neçə gün öncə akademik Ziyad Səmədzadə "Pul qıtlığı problemi bizi ciddi narahat edir" deyə bildirmişdi.
"Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq".
Akademik qeyd etmişdi ki, iqtisadi fəallığı artırmaq üçün tədbirlər görülməlidir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
23 san. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
- 18 d. əvvəl
-
20 d. əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 23 d. əvvəl
-
29 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir
-
34 d. əvvəl
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
-
1 saat əvvəl
“PAŞA Kapital”ın gəlirləri 18% artıb, xalis mənfəəti 2,5 milyon manatı keçib
-
1 saat əvvəl
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
Ən çox oxunanlar
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?


























