Nərə, qızılbalıq və qara kürü istehsal edən nəhəng Azərbaycan şirkəti
(®️) Azerbaijan Fish Farm - Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisidir və onun layihələri yeni balıqçılıq təsərrüfatlarının yaradılması və ölkənin elmi irsinin dirçəldilməsinə yönəldilmişdir.
Balıq, qara kürü və dəniz məhsullarının insan qidalanmasında aşkar və şübhəsiz faydaları alimlər tərəfindən çoxdan sübut edilmişdir - bu dəniz məhsulları təbii vitamin, həmçinin mikroelement mənbəyidir. Bu məhsulların yeməkdə müntəzəm istifadəsi, orqanizmin ümumi sağlamlığına və immunitetin qorunmasına kömək edir, forma almağa və onu qorumağa imkan verir. Balıq və dəniz məhsulları orqanizmi yaxşı və sağlam doydurmaqla yanaşı, bayram süfrəsi ərəfəsində, xüsusən də Yeni il gecəsi və gündəlik pəhriz üçün idealdır.
- “Azerbaijan Fish Farm” Azərbaycan ərazisində nərə balığının növlərinin, forelin yetişdirilməsi, eləcə də nərə balığı kürüsü istehsalı üçün müasir texnologiyalarda bir yenilikçidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bütün məhsullar ətraf mühit də daxil olmaqla beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal olunur. Bu, Xəzər dənizinin təbiətini qorumağa və bio - müxtəlifliyin qorunmasına kömək edir. Şirkət ayrıca Stirling Universiteti (Şotlandiya) kimi xarici elmi mərkəzlərlə işləyərək elmi araşdırmalara investisiya yatırır, həmçinin “Blue Marine Foundation” kimi aparıcı ətraf mühiti qoruyan təşkilatlarla sıx əlaqələr saxlayır.
“Azerbaijan Fish Farm” - aşağıdakı dörd genişmiqyaslı istehsal layihəsini əhatə edir:
- Neftçala rayonunun Yenikənd qəsəbəsində nərəkimilərin yetişdirilməsi ferması və Xəzər sahilində bu müəssisəyə inteqrasiya olunmuş birbaşa axın təsərrüfatı. Xatırladaq ki, məhz burada Bankə qəsəbəsində 1954 - cü ildə Azərbaycanda ilk təcrübəli nərə balığı yetişdirmə zavodu tikilmiş, Azerbaijan Fish Farm ən son müasir texnologiyadan istifadə edilərək təkmilləşdirilmiş və modernləşdirilmişdir.
- Zaqatala, Qəbələ və Mingəçevir rayonlarında forel və Xəzər qızılbalığı yetişdirilməsi üçün su məhsulları yetişdirmə təsərrüfatları.
- Azərbaycana beynəlxalq aləmdə qara kürünün əvvəlki şöhrətinə qaytarmış nərə balığı, sevruga və ağ balıq kimi balıq növlərindən “Baku Caviar” brendi adı altında qara kürü istehsalı və satışı. Qız qalasının yaxınlığında olkədə ilk kürü butiki yerləşir – “Baku Caviar Boutique” - burada ən yaxşı kürü və balıq delikateslərini əldə edə, təbii Azərbaycan qara kürüsü ilə yeməklər dada, bir kürü mütəxəssisi ilə söhbətdə çox maraqlı məlumatlar əldə edə, bu məhsulların bir çox sirlərini kəşf edə bilərsiniz.
- “Xəzərin Sahilində” brendi adı altında balıq məhsullarının istehsalı və satışı.
Yenikənddə yerləşən Azerbaijan Fish Farm kompleksindəki nərə balığı təsərrüfatında yetişdirilən balıqlar təbii yaşayış yerlərinə imkan qədər yaxın şəraitdə böyüyür - nərə balığının böyüməsi və kürü tökməsi dəniz suyundan istifadə olunan hovuzlarda baş verir.
Şirkət 1954-cü ildən bəri elmi tədqiqatlarla məşğul olan dünyanın ilk nadir nərə balığı təsərrüfatını modernləşdirmişdir. İstehsal dövrünü yenidən yaradaraq və təkmilləşdirərək, bacarıqlı bir heyət toplayaraq və istehsalı davam etdirərək AFF, Ekologiya Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. Qapalı su təchizatı (QST) qurulmasına əlavə olaraq, 35 hektar ərazidə karp, çəki balığı, gümüş sazan, ağ amur kimi balıq növlərinin, eləcə də ölkədə balıq istehsalı üçün yenilik olan mərmər balıqlar - Afrika balığı yetişdirmək üçün Kür suyu olan gölməçələr mövcuddur ki, bu ölkədə balıq istehsalında olan bir yenilikdir.
Təbii şəraitdə bütün müasir balıq yetişdirmə növlərinin tətbiq etməklə: Mingəçevirdə xüsusi yerlərdə yetişdirmə sistemləri, Zaqatalada təkrar su təchizatı sistemləri olan axar sulu hovuzlar, qapalı su dövranı sistemləri - bütün bu yeniliklər Azerbaijan Fish Farma Azərbaycan bazarında misilsiz nəticələr əldə etməyə imkan verir.
Şirkətin prioritetlərindən biri də Xəzər dənizindəki qiymətli balıq növlərinin populyasiyasının qorunub saxlanılması və bərpasıdır - məsələn, nadir növ olan və Qırmızı Kitaba daxil edilmiş unikal Xəzər qızılbalığı populyasiyasının bərpası. 30 ildən sonra ilk dəfə olaraq “Azerbaijan Fish Farm”ın mütəxəssisləri vəhşi təbiətdəki fərdlərdən Xəzər qızılbalığı nəslini ala bilmişlər. Əldə edilmiş mayalanmış yumurtaların bir hissəsi ekoloji layihəyə yönəldirilmişdir - çoxalmaq və Xəzərin təbii mühitinə buraxmaq üçün böyüyən kürüdən yeni çıxan körpə balıq və buna paralel olaraq satılan balıqların yetişdirilməsi üçün biotexnologiya inkişaf etdirilməsi planlaşdırılır.
Həmçinin, Azerbaijan Fish Farm, “Baku Caviar” qara kürünün satılan hər bir qutusu üçün dənizə 10 nərə balığının yeni kürüdən çıxmış balığın buraxılması proqramını başladıb - bu proqram uğurla həyata keçirilir və bu da Xəzərdə nərə balığı populyasiyasının artırılmasına fəal töhfə verir.
Forel yetişdirilməsinə gəldikdə, şirkət burada da Azərbaycanda ilk dəfə incə file kəsilməsi üçün olan 3 kq-dan artıq çəkidə forel yetişdirərək birincilər sırasında olmuşdur.
Şirkət Azərbaycan iqtisadiyyatının balıqçılıq seqmentinə balıq istehsalı və emalı sahəsində yeni beynəlxalq standartlar təyin edərək, yüksək keyfiyyətli geniş çeşiddə və hər kəs üşün əlçatan məhsul istehsal edərək ölkə üçün bu ən vacib sənayenin inkişafını sürətləndirib.
Yuxarıda qeyd edilənlərin hamısı, həmçinin yüksək keyfiyyətli və qüsursuz xidmət, təzə balıq, zərif qara kürü və müstəsna qastronomiyanın etibarlı tədarükçüsü olan - Azerbaijan Fish Farmın - Azərbaycanda öz sahəsində ən yaxşı olduğunu təsdiqləyir.
“Azerbaijan Fish Farm”ın yüksək keyfiyyətli məhsulları sağlamlıq üçün çox faydalıdır və hər kəsin dadlı, sağlam və ləzzətli qidalanmasına imkan yaradır.
Bunu etmək üçün sadəcə aşağıda göstərilən ünvanlarda yerləşən aşağıdakı satış nöqtələrini və balıq şöbələrini ziyarət etmək kifayətdir ki, burada Siz geniş çeşiddə təzə və hisə verilmiş balıq, kürü, preserv (balıq məhsulları, uzun müddət saxlanılması üçün xüsusi işlənmiş və qablaşdırılmış) və dəniz məhsulları ala biləsiniz.
- Bakı Caviar Boutique - İçərişəhər, Asəf Zeynallı küçəsi, 61.
- Yaşıl Bazar - Azerbaijan Fish Farm balıq məhsulları mağazası
- Bravo supermarketləri şəbəkəsi - Azerbaijan Fish Farm – ın balıq şöbələri
● Hiperstorlar
- Əhmədli qəsəbəsi - Ramiz Quliyev küçəsi, 4
- Heydər Əliyev prospekti 172 (Koroğlu metrosunun yaxınlığı )
- Tbilisi prospekti, 3007 ("20 Yanvar" metro stansiyasının yaxınlığı)
● Superstorlar
- Bakıxanov qəsəbəsi (Razin), Ramiz Qəmbərov küçəsi, 2566 - cı məhəllə
- Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi
- Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 2.
Hazırda “Baku Caviar Boutique” - də iki xüsusi aksiya mövcuddur: - 113 qram “Osetr Finest” kürüsü və 200 qram qırmızı kürü alarkən butikdən hədiyyə olaraq “Bal Ayı” təbii balı alacaqsınız. 113 qram ağbalıq kürüsü alan zaman isə bir banka ətirli “Baku Saffron” zəfəran hədiyyə olacaq.
Azerbaijan Fish Farm - ın yaxın zamanlardakı planlarına Babək prospektində yerləşən Bravo supermarketində balıq şöbələsinin açılması, daha sonra isə "28 Mall" və "Gənclik Mall" ticarət və əyləncə mərkəzlərində yerləşən zəncirin mağazalarında şöbələrin açılması - ümumilikdə 2021 - ci ildə Bravo zəncirindəki 15 balıq şöbəsinin açılması daxildir.
Azerbaijan Fish Farm - ın fəaliyyəti barədə daha ətraflı məlumatı rəsmi veb saytında - https://azfish.az/ əldə etmək olar.
Elektron poçt ünvanı - [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda - "Kristal!"
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 17 saat əvvəl
-
17 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
19 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda - "Kristal!"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
İndi aviabiletlər də ABB Business-də alınır
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub



















