"Sürü immuniteti üçün əhalinin 90%-nin peyvənd edilməsi lazım ola bilər"
ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Fauci, yeni növ koronavirsu (Covid-19) epidemiyasına qarşı sürü immunitetinin (kütləvi immunitet) qazanıla bilməsi üçün əhalinin 90%-nin peyvənd edilməsinin lazım ola biləcəyini söyləyib.
Marja xəbər verir ki, ABŞ-ın tanınmış həkimlərindən biri olan Fauci, "New York Times" qəzetinə verdiyi müsahibəsində, daha əvvəl sürü immuniteti üçün 70-75% aralığından bəhs etdiyini, ancaq xəstəlik nə qədər yoluxucudursa peyvənd edilmə nisbətinin də o qədər yüksək olması lazım olduğunu söyləyib.
İlk məlumatlar əsasında sürü immuniteti üçün lazım olan peyvənd edilmə nisbətini azı 70% müyyən etdiklərini söyləyən Fauci, "Gerçək rəqəmi dəqiq bilmirik, amma 70% ilə 90% arasında olduğunu düşünürəm" deyib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin (CDC) məlumatlarına görə, ölkədə indiyə qədər 1 milyondan çox adam Covid-19 peyvəndinin ilk dozasını vurdurub.
ABŞ-da təsdiqlənən iki peyvənddən (Pfizer/BioNTech və Moderna) iki doza vurulması lazımdır.
İl sonuna qədər 20 milyon Amerikalıya peyvəndin ilk dozasının vurulması hədəflənir.
Covid-19 məlumatlarının yığıldığı "Worldometers"ə görə, ABŞ-da 19 milyondan çox adamın yeni növ koronavirusa yoluxduğu aşkar edilib, 336 mindən çox insan vəfat edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
50 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















