Marcom yerli şirkətin yeni qablaşdırma dizaynlarını təqdim etdi
Marcom şirkəti yerli bazarda qida və qida xammalları istehsal edən Besting şirkətinin yeni məhsullarının qablaşdırma dizaynını təqdim etdi.
Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev Marja-ya açıqlamasında Besting şirkəti ilə olan əməkdaşlığın ilk olmadığını bildirdi:
“Biz çox şadıq ki, Besting şirkəti ilə birgə istehlakçıların sağlam qidalanması üçün fərqli dizayn konsepti formalaşdıra bildik. İnsanların ağız dadını dəyişmək istiqamətində fəaliyyət göstərən Besting şirkəti ilə artıq 2 ilə yaxındır ki, əməkdaşlıq edirik. Tərəfimizdən şirkətə ümumilikdə 3 fərqli dizayn konsepti təqdim olunmuşdur. Şirkət üçün hazırladığımız qablaşdırma dizaynları yerli bazarda mövcud olan digər markaların dizayn konseptindən tamamilə fərqlənir. Şirkət üçün formalaşdırdığımız 23 məhsul çeşidi üzrə qablaşdırma dizaynı gələcəkdə şirkəti xarici bazarlarda belə layiqincə təmsil edəcəyinə inanırıq. Hal-hazırda şirkət məhsullarını istehlakçılara təqdim etmək üçün ölkənin aparıcı market şəbəkələri ilə danışıqlar aparmaqdadır. Müştərilər yaxın zamanda məhsulları bir neçə market şəbəkəsindən əldə edə biləcəklər”.
Qeyd edək ki, pandemiya dövründə şirkətin marketinq audit, autsors (outsource) marketinq, kontent marketinq xidmətlərinə tələb ciddi şəkildə artmışdır. Şirkət hal-hazırda növbəti il üçün təqdim edəcək yeni xidmətlərin üzərində çalışmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
12 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
12 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















