“AFB Bank” Özünüməşğulluq proqramı çərçivəsində daha 4 vətəndaşa dəstək oldu!
(®️) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilən Özünüməşğulluq proqramına qoşulan “AFB Bank” ASC dəstəyini davam etdirir.
Özünüməşğulluq proqramının məqsədi əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və iş axtaran şəxslər və b. daxil olmaqla həssas əhali qruplarının özünüməşğulluğunun təşkil edilməsidir.
Bu proqrama qoşulan vətəndaşlar kiçik sahibkarlığa çıxış əldə edə bilirlər. AFB Bank tərəfindən proqrama qoşulan, Bakı şəhərində yaşayan, həssas əhali qrupuna aid daha 4 vətəndaşa tekstil üzrə kiçik biznesin qurulması üçün əvəzsiz olaraq aktivlər təqdim edilib. Özünüməşğulluq proqramı çərçivəsində ümumilikdə 13 nəfər vətəndaşın öz biznesini qurması üçün aktivlərlə təmin edilib.
Məlumat üçün bildiririk ki, Özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən təsis edilib. Bu proqramın icrasını həyata keçirən AFB Bank, fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini ilin sonunadək davam etdirəcək.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
14 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
44 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















