Azərbaycanın turizm sektorunda ciddi tənəzzül - 4 DƏFƏYƏ YAXIN AZALIB
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.
2020-ci ilin yanvar-oktyabr aylarında ölkəmizə gələnlərin 28,0 faizi Rusiya Federasiyası, 24,3 faizi Gürcüstan, 18,9 faizi Türkiyə, 8,6 faizi İran, 2,1 faizi Ukrayna, 1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 1,0 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,6 faizi İsrail, 5,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 79,6 faizini kişilər, 20,4 faizini qadınlar təşkil etmişdir.
Cari ilin yanvar-oktyabr aylarında Çindən gələnlərin sayı 15,8 dəfə, Cənubi Koreyadan – 13,4 dəfə, İsraildən – 10,4 dəfə, Polşadan – 9,8 dəfə, Yaponiyadan – 9,5 dəfə, İraqdan – 8,9 dəfə, Səudiyyə Ərəbistanından – 8,3 dəfə, Macarıstandan – 8,0 dəfə, Kanadadan – 6,9 dəfə, ABŞ-dan – 6,8 dəfə, Omandan və Birləşmiş Ərəb Əmirliklərindən – 6,7 dəfə, Fransadan – 5,9 dəfə, Türkmənistandan – 5,8 dəfə, Almaniyadan – 5,6 dəfə, Qətərdən – 5,5 dəfə, Niderlanddan – 5,2 dəfə, Böyük Britaniyadan, Pakistandan və Qazaxıstandan – 5,0 dəfə, İtaliyadan – 4,4 dəfə azalmışdır.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 dəfə azalaraq 21,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,7 dəfə azalaraq 100,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,0 dəfə azalaraq 245,7 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,3 faizi dəmir yolu və avtomobil, 28,3 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,2 dəfə azalaraq 1106,7 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 30,3 faizi İrana, 27,2 faizi Gürcüstana, 19,2 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Gürcüstana gedənlərin sayı 4,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 3,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalmışdır.
2020-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 75,3 faizi dəmir yolu və avtomobil, 22,1 faizi hava, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
Neftin qiyməti 108 dolları keçdi
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
Ən çox oxunanlar
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub






















