Xarı bülbül, Xudafərin, Ağdərə adını daşıyan yerli sort taxıl toxumları yaradılıb
Beyləqanda yeni yaradılan taxıl sortlarının sınaq əkini və innovativ üsullarla səpin işlərinə start verilib. Maraqlı məqam isə sınaq üçün əkilən yeni sortların azad olunan ərazilərimizin adını daşımasıdır. Bu sortlar içində Ağdərə, Xarı bülbül, Xudafərin adlı toxumlar yer alır.
Beyləqanda yeni yaradılan taxıl sortlarının sınaq əkininə və innovativ üsullarla taxıl səpininə başlanılıb. Həyata keçirilən işlər Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi Tədqiqat İnstitutu və Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşəbbüsü ilə gerçəkləşib.
İnstitutun direktoru Faiq Xudayevin sözlərinə görə, taxılçılıq kənd təsərrüfatının əsasını təşkil etdiyi üçün bu sahədə bir sıra işlər həyata keçirilir. Əsas məqsəd bölgələrdə yeni sortların və texnologiyaların tətbiqi və bunun nümayişidir. Əldə olunan yerli sortların iqlimə uyğunlaşdırılması, xəstəliyə dözümlü olması vacib şərt olaraq götürülür. Hazırda Beyləqanda 24 yerli sortun sınağı gerçəkləşdirilir. Direktor bildirib ki, yeni sortlar arasında işğaldan azad edilən ərazilərimizin adını daşıyan Ağdərə, Xarı bülbül, Xudafərin sortları da var. Həmçinin təkcə Qarabağ torpaqlarını deyil, Qərbi Azərbaycanın toponimi olan Gomur adlı taxıl növü də mövcuddur. Bu sortlar üzərində hələ bir neçə il əvvəldən işləməyə başladıq. Bu il isə torpaqlarımızın azad edilməsi və bu sortların ilk dəfə olaraq sınaq əkini həyata keçirilməsi ən uğurlu bir iş sayılır. Bu sortların yaradılmasına başlayanda torpaqlarımız hələ işğal altından idi. Buna baxmayaraq, biz hər zaman inanırdıq ki, torpaqlar yağı düşməndən azad ediləcək. Elə bu məqsədlə toxumlar üzərində işləyirdik. Bu özü böyük bir şanslı qismətdir ki, bu payızda həm torpaqlarımız azad edildi, həm də bu ərazilərin adını daşıyan yerli sort taxıl toxumları ilk dəfə olaraq torpağa səpildi. Biz inanırıq ki, bu sortlar özünü doğruladacaq və öz adlarını daşıyan ərazilərimizdə də əkilib becəriləcək.
Yeni sortların sınaq əkini ilə yanaşı, Beyləqanda innovativ üsulla taxıl səpini də həyata keçirilir. Hazırda toxumların şırımla tirəyə əkilməsi işləri görülür.
Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov bildirib ki, burada əsas məqsəd keyfiyyətli və yüksək məhsuldarlıq əldə etməkdir: “Bu üsulun xüsusi üstünlükləri var. Burada suya və işçi qüvvəsinə qənaət edilməsi özünü büruzə verir. Bu üsulun digər bir üstünlüyü isə ekoloji cəhətdən saf məhsulun əldə edilməsinə zəmin yaradır. Şırımlar arasında havalandırma daha yaxşı olduğu üçün pestisidlərdən istifadə azalır.
Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov söyləyib ki, bu kimi yeniliklər mütəmadi olaraq həyata keçirilir. Yeni yaradılan sortların əkini və innovativ üsul olan tirəyə səpin üçün xüsusi hazırlanan ərazi ayrılıb. Əsas məqsəd fermerlərin maddi rifahinin yüksəldilməsi üçün məhsuldarlığın artırılmasıdır. Həmçinin region şəraitini nəzərə alaraq yerli iqlimə uyğun yüksək potensialı olan sortların əldə edilməsidir. Həmçinin başlıca şərt vahid sahə hesabına daha çox məhsul almaqdır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Avropadan Azərbaycan vətəndaşının kartına sürətli və sərfəli pul köçürmələri mümkün oldu
- 7 saat əvvəl
-
7 saat əvvəl
2025-ci ilin sonunda Azərbaycanın dövlət borcu 30 milyard manata çatacaq
-
7 saat əvvəl
Gələn il dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərclənəcək
-
7 saat əvvəl
Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq, 2 milyard manatdan çox borc qaytaracaq
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan hökumətinin 2029-cu ildək Dollar/Manat məzənnəsi üzrə proqnozu məlum oldu
-
8 saat əvvəl
2025-ci ildə dövlət büdcəsinin ilkin göstəriciləri açıqlandı
-
9 saat əvvəl
İri şəbəkə yenidən işçilər yığır - İş təcrübəsi, təhsil vacib deyil
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bişkek Azərbaycana neft emalı üzrə uzunmüddətli müqavilə imzalamağı təklif edib
-
9 saat əvvəl
Hər 500 manat borca, 10 manat xidmət haqqı - YENİ KREDİT KARTI