Bakı 2017-yə həsr olunmuş promo məhsulların satışına başlandı

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi promo məhsullarının satışına start verildi.
IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi Dəstəkçisi, Məhsullarının Rəsmi Tədarükçüsü və Rəsmi Supermarketi olan "Fresco" Supermarketlər şəbəkəsi bu gündən etibarən Bakı 2017 oyunlarına həsr olunmuş rəsmi promo məhsulların satışına başladı.
İslam Həmrəyliyi Oyunlarının əsas mövzusunu özündə əks etdirən və simvolizə edən məhsulların üzərində bir sıra idman növlərinin cizgiləri ilə yanaşı, İslam mədəniyyətini özündə ehtiva edən naxışlar əks olunub. Məhsullar arasında oyunların əsas qəhrəmanları olan Qarabağ atları “Cəsur” və “İncə”-nin oyuncaqları xüsusilə diqqəti cəlb edir.
Paytaxtımızın sakinləri və qonaqları 10-larla məhsulları "Fresco" Supermarketlər şəbəkəsindən, Milli Dənizkənarı Bulvar, Fəvvarələr Meydanı, Park Bulvar Ticarət Mərkəzi, Bakı Olimpiya Stadionu və oyunların keçiriləcəyi digər idman komplekslərindən əldə edə biləcəklər.
Oyunlar müddətində "Fresco" Supermarketlər şəbəkəsinin sosial şəbəkə səhifələrində biletlər və digər dəyərli hədiyyələri qazandıran əyləncəli müsabiqələr keçiriləcək.
"Fresco" Supermarketlər şəbəkəsinin kollektivi hər kəsi Azərbaycanda keçiriləcək bu mühüm idman tədbirində idmançılarımıza dəstək olmağa və bu tarixi hadisəyə birgə şahid olmağa dəvət edir.
Azeri Retail MMC
Ünvan: Xocalıprospekti 37 Xətai, Bakı, AZ1025
Telefon : +(99477)440 7766 / +(99412)310 0226
Website:www.fresco.az/
Facebook: www.facebook.com/SupermarketFresco/
İnstagram:www.instagram.com/fresco_supermarket/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
28 d. əvvəl
Bank Respublika Ağdamda ilk dəfə məktəbə gedəcək birinciləri sevindirdi
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
JPMorgan: Apple iPhone 17 seriyasına maraq əvvəlki modelləri üstələyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib
- 2 saat əvvəl
-
4 saat əvvəl
BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı
- 20 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İlham Əliyev tut bağında görülmüş işlərlə tanış olub

Trampdan Avropaya “Rusiyadan neft almayın” çağırışı

Rəsmi məzənnələr açıqlandı

Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib

Qızıl bazarı FED-in qərarını gözləyir

BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Bakıda yenilənmiş Toyota Corolla Cross təqdim edilib
