Təslim olan mayor erməni xalqına müraciət edib
Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib.
Təqaüddə olan milis mayoru Edik Solakoviç Tonoyan 1975-ci ildə Ermənistanın Kalinino rayonunun Mestavan kəndində doğulduğunu, 2018-ci ilə qədər Kalinin rayon Milis İdarəsində işlədiyini, 2018-ci ildə mayor rütbəsində təqaüdə çıxdığını bildirib.
“Bundan sonra iki il ərzində qazanc dalınca Rusiyaya getmişəm. 2020-ci ildə isə koronavirusa görə ailəmlə birlikdə qazanc üçün Rusiyaya gedə bilmədim. Ermənistanda qaldım. Burada da inşaat işləri ilə məşğul olurdum. 27 sentyabrda Azərbaycanla müharibə başlayanda məni və oğlumu tikintidə tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun yerinə hərbi xidmətə məni göndərsinlər və mən Ermənistan ərazisində xidmət edim. Qarabağa getmək istəmirdim, çünki bura bizim torpağımız deyil. Lazım olsa, Ermənistana görə xidmət etməyə hazır olduğumu, ancaq Qarabağa görə xidmət etmək istəmədiyimi dedim. Məni Alaverdi rayonuna zastavada xidmətə göndərdilər. Bir neçə gün orada patrul xidmətində oldum. Ordan hərbi qulluqçuları Azərbaycanla sərhədə xidmət etməyə göndərirdilər ki, orada döyüşsünlər. Orda mənə dedilər Ermənistan ərazisində başqa hərbi hissədə xidmət etməliyəm. Məni və daha bir nəfəri İrəvana apardılar, orada bizi içində adamlar olan “KamAZ” gözləyirdi. Maşında 33 nəfər vardı. Orda vəd etdilər ki, bizi Qarabağa aparmırlar. Çünki biz bilirik ki, ora bizim torpağımız deyil və bizə ora getmək lazım deyil. Onlar yenə vəd verdilər ki, biz Ermənistan ərazisində xidmət edəcəyik, - deyə o qeyd edib.
E. Tonoyanın sözlərinə görə, Gorusa gələndə, maşın dayanıb və onlara avtomat paylayıblar: “Biz silahı götürmək istəmədik. Lakin bizi dilə tutdular ki, bu, təhlükəsizlik, özümüzü müdafiə üçün lazım ola bilər. Beləliklə, bizi Azərbaycan ərazisinə, Horadiz rayonuna apardılar. Orda bizə səngər qazacağımız yeri göstərdilər. Biz səngər qazmağa başladıq. Bombalamağa başlayanda biz qaçdıq. Mənimlə birlikdə olan 33 nəfər, eləcə də biz zastavaya gələndə orda xidmətdə olan 15 nəfərin hamısı cavan idi. Onlar qaçdı, mən onlarla qaça bilmədim. Təslim olmaq qərarına gəldim. Avtomatı atdım və Azərbaycan Ordusuna təslim oldum”.
E. Tonoyan daha sonra bütün erməni xalqına müraciət edib: “Əziz həmvətənlərim. Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmaq və qan tökmək lazım deyil. Biz əvvəl çox yaxşı yaşamışıq, biz bir-birimizlə çox yaxın olmuşuq, bizim qardaş, xoş qonşuluq münasibətli xalqlarımız olub”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 15 d. əvvəl
- 26 d. əvvəl
-
-
32 d. əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 2 saat əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
2 saat əvvəl
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görülüb
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Ən çox oxunanlar
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"BakıKart": Aprelin 6-dan vəsaitlərin silinməsinə başlanılacaq, məhdudiyyətlər aradan qaldırılacaqdır
Azərbaycanda Vakansiyalar - Azvak.az



















