“Artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər”
“Biz böyük səbr göstəririk. Əlbəttə ki, Gəncə belə vəhşi atəşinə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində daimi atəşkəsin mümkün olub-olmaması barədə sualı cavablandırarkən bildirib.
Dövlət başçısı deyib ki, qurbanların qisası döyüş meydanında alınır: “Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt mülki şəxslərə qarşı müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə də daimi atəşkəsin təmin olunması üçün ilk növbədə Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar ora dönməyəcəklər. Bu, onlar üçün tamamilə imkansızdır. Kim nə deyirsə desin, kim onları dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır, bizi oradan heç bir qüvvə çıxara bilməz. Nə qədər bunu tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq. Çünki daimi atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır. Biz buna sadiqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsə riayət etmişdik. Amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki, biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik. Beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi”.
“Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilməsi ilə bağlı bir siqnal alırsınızmı” sualını da cavablandıran Prezident İlham Əliyev qeyd edib ki, belə bir siqnal almırıq: “Siqnallar var ki, atəşkəs təmin edilsin. Biz də deyirik ki, yaxşı, atəşkəs təmin edilsin, ancaq bununla bərabər gərək məsələ barış yolu ilə həllini tapsın. Hesab edirəm ki, Moskvada qəbul edilmiş açıqlama bizim maraqlarımıza tam cavab verir. Çünki ilk növbədə orada həlak olanların cəsədlərinin, hərbi əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik, ancaq Ermənistan buna getmirdi. Bundan başqa, orada çox önəmli siyasi məqamlar var. Onlardan biri baza prinsipləri əsasında substansiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra da bütün məcburi köçkünlər əvvəl yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlər Şuşaya da, Xankəndinə də qayıdacaqlar. Ondan sonra bu məsələnin siyasi çözümü təmin edilə bilər. Digər məsələyə gəlincə, Ermənistan hər zaman buna isti baxmırdı, müzakirələrin formatı dəyişməz olaraq qalır”.
Dövlət başçısı nəzərə çatdırıb ki, Ermənistan rəhbərliyi və Baş naziri Nikol Paşiyan hər zaman deyirdi ki, Azərbaycan “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır: “Biz isə buna etiraz edirdik. Ora belə bir bəndin salınması bizim maraqlarımıza cavab verir. Ona görə də artıq hərbi mərhələdən diplomatik-siyasi mərhələyə keçid üçün bütün imkanlar, bütün zəmin var. Qalır ki, Ermənistan bu atəşkəsə əməl etsin. Ümid edirəm ki, dünən və bu gecə Azərbaycanın müzəffər Ordusunun yeni uğurlu əməliyyatları onları buna məcbur edəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
-
-
6 saat əvvəl
Dövlət agentliyinin nizamnamə kapitalı 100 milyon manata yaxın artırılıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
-
7 saat əvvəl
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
-
7 saat əvvəl
"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
Azərbaycanın pomidor ixracından gəliri cüzi artıb
Speedtest Global Index: Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
Aprelin 17-də gözlənilən hava şəraiti














.jpg)






