“MÜSİAD Azərbaycan” Silahlı Qüvvələrə yardım etdi - MƏBLƏĞ
“Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD) Azərbaycan” Prezident İlham Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait köçürüb.
Sentyabrın 27-si səhər saatlarından başlayan və artıq 6 gündür ki, torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə şanlı ordumuza dəstək məqsədilə “MÜSİAD Azərbaycan” öhdəliyini yerinə yetirir.
MÜSİAD Azərbaycan Sədri Abdurrahman Uzun bildirib ki, vətənimiz üçün önəmli olan bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu fəxrlə bildiririk. Böyük qələbələrin əldə edilməsi üçün hər bir töhfə zəruri və vacibdir. Məğrur ordumuzun qələbə qazanaraq irəlilədiyi bir zamanda cəmiyyət olaraq Vətən və ordu qarşısında öhdəmizə düşən məsuliyyəti layiqincə yerinə yetirməkdə həmrəylik nümayiş etdirməliyik.
Qəhrəman ordumuzun qısa müddətdə qələbə çalacağına və şərəfli Azərbaycan bayrağımızı yenidən Qarabağımızda dalğalandıracağımıza inanırıq.
Dövlətimizin və ordumuzun yanında olduğumuzu bir daha ifadə edərək, hər zaman üzərimizə düşəni etməyə hazır olduğumuzu bildirmək istəyirik.
BİZ BİRLİKDƏ GÜÇLÜYÜK!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























