"Prezident 15 gün vaxt verib"
Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib.
Bu barədə millət vəkili Vahid Əhmədov bildirib. Deputatın sözlərinə görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib: “Şura çox çevik şəkildə həmin tədbirlər planı üzərində işləyir və bu günlərdə dövlət başçısına təqdim olunacaq”.
Deputat bildirib ki, valyuta bazarının stabilləşməsi vacib məsələdir. V.Əhmədovun sözlərinə görə, son günlər hüquq-mühafizə orqanları və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi tərəfindən “qara bazar”lara qarşı tədbirləri görülür.
“Son iki gündə “qara bazar” fəaliyyət göstərmirdi. Təkcə “qara bazar” deyil, elə bankların özləri də dollar satışını dayandırmışdı. Dünən hüquq-mühafizə orqanlarının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bir yerdə apardığı əməliyyatlar mənim “qara bazar”a himayədarlıq edənlərlə bağlı parlamentdə söylədiklərimin əbəs olmadığını isbatladı. Bu adamlar faktiki olaraq “qara bazar”ı dollarla təmin edənlər idi. Ona görə də bütün günahkarlar cəzalanmalıdır. Yəqin ki, bu istiqamətdə hələ digər addımlar da atılacaq”.
Valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasına gəlincə, deputat qeyd edib ki, indiki şəraitdə bunların bərpasına ehtiyac yoxdur: “Ölkədə fəaliyyət göstərən bankların filialları var və onlar valyutadəyişmə əməliyyatı həyata keçirirlər. Bankların normal işləməsi üçün elə şərait yaratmaq lazımdır ki, kifayət qədər valyuta olsun və istəyən şəxs öz valyutasını dəyişə bilsin. Bankların filiallarını böyük ticarət mərkəzlərində, təyyarə limanlarında artırmaq lazımdır ki, heç bir problem olmasın”.
Mənbə: AzVision.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 2 gün sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
"PAŞA Bank" illik 9%-dək gəlir gətirən yeni rəqəmsal depozitlərini təqdim edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qumarı reklam edən 17 tiktoker, o cümlədən məşhur reper saxlanılıb - VİDEO
-
1 saat əvvəl
Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
GAC-də fürsətlər hələ davam edir
Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı
Ən çox oxunanlar
Zəfər Gününün hava proqnozu açıqlanıb
"Tesla şirkəti nəhəng yarımkeçirici zavodu tikməli olacaq"
“Premium Bank”dan Zəfər Gününə özəl kredit kampaniyası!
Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi
10 ayda 183 milyon manatdan ƏDV qaytarılıb
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan












.jpg)










