“Naxtel”in yeni binası istifadəyə verildi
Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Ali Məclisin Sədri “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və Avrasiya regionları üzrə korporativ biznes rəhbəri Ma Tian ilə görüşüb.
“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Kamil Yusifov çıxış edərək deyib ki, Naxtel 4G mobil operatoru Ali Məclis Sədrinin iştirakı ilə 25 oktyabr 2016-cı ildə fəaliyyətə başlayıb. Naxtel mobil operatoru muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizini əhatə edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni ofis binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti Sahibkarlığın İnkişafına Dəstək Fondu tərəfindən ayrılmış kredit hesabına yaradılmışdır. Cəmiyyət yarandığı gündən işini düzgün qurmasının nəticəsidir ki, həm fəaliyyətini genişləndirə bilmiş, həm də götürdüyü krediti vaxtında qaytarmışdır.
Ali Məclisin Sədri deyib: Dövlət zəmanəti ilə yaradılmış “Naxtel” 4G mobil operatoru muxtar respublikanın 105 mindən yuxarı sakininə xidmət edir. Cəmiyyətdə 60-a yaxın gənc mütəxəssis çalışır. Hər bir şirkətin fəaliyyətinin əsas məqsədi müştərilərə göstərilən xidmətlərin səviyyəsini yüksəltməkdən, onların razılığını qazanmaqdan ibarətdir. Fəaliyyəti genişləndirməyin əsas yolu da məhz budur. Hazırda muxtar respublikada müxtəlif mobil operatorlar rabitə xidməti göstərir. Bu da bazarda rəqabətin yaranmasını təmin edir.
Bildirilib ki, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin uğurlu fəaliyyət göstərməsinin bir səbəbi də müasir və keyfiyyətli avadanlıqlarla təmin olunmasıdır. Bu avadanlıqların istehsalçısı Çin Xalq Respublikasının “Huawei” şirkətidir. “Huawei” şirkəti ilə qarşılıqlı əlaqələr muxtar respublikaya yeniliklər gətirib”.
Ali Məclisin Sədri Çin Xalq Respublikasının “Huawei” şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür edib.
Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulayıb, yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, binanın birinci mərtəbəsində satış və xidmət mərkəzi, anbar, ikinci mərtəbəsində isə iş otaqları və 40 yerlik iclas zalı yerləşir. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötən dövrdə kəsintisiz internet və danışığı təmin etmək üçün 20 baza stansiyası, məlumat hesablama və internet paketlərini idarə edən sistemlər alınıb. Baza stansiyalarından 15-i istifadəyə verilib, 5-nin qurulması isə davam etdirilir. Hazırda cəmiyyət 113 baza stansiyası vasitəsilə abunəçilərə mobil telekommunikasiya – danışıq, SMS, toplu SMS, internet və GPS monitorinq xidmətləri göstərir. Şəbəkə keyfiyyətinin qorunması üçün optimizasiya işləri davam etdirilir. Sürətli abunəçi artımı nəzərə alınaraq ikinci alternativ proqram təminatı sistemi yaradılıb. Hazırda aktiv və ehtiyat olmaqla, 2 məlumat hesablama sistemi proqram təminatının fasiləsiz xidmətini təşkil edir.
Cəmiyyət şəbəkə təminatı üzrə Çin Xalq Respublikasının “Huawei”, mobil telekommunikasiyada billinq proqram təminatı üzrə Türkiyənin “Akgün Yazılım”, rominq xidmətləri təminatı üzrə isə “Azercell” şirkəti ilə əməkdaşlıq edir. Abonentlər ölkənin digər regionlarında milli, xarici ölkələrdə isə beynəlxalq rominq xidmətlərindən istifadə edirlər. 8 ölkədə - Gürcüstan, Ukrayna, Türkiyə, Rusiya, İran, Moldova, Birləşmiş Ərəb Əmirlikləri və Belarusda beynəlxalq rominq xidməti mövcuddur. Xidmətin aktivləşdirildiyi ölkə sayının 25-ə çatdırılması üçün işlər davam etdirilir.
Ali Məclisin Sədri Çin Xalq Respublikasının “Huawei” şirkətinin Naxçıvanda ofisinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.
“Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin deyib: “Şirkətimizə güvəndiyiniz və bizi seçdiyiniz üçün minnətdarlıq edirik. Bizim Naxçıvanla yalnız kommersiya deyil, həm də dostluq əlaqələrimiz vardır. Ümid edirəm ki, ən qısa zamanda Naxçıvanda şirkətin ofisi yaradılacaq”.
Ali Məclisin Sədri “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə fəaliyyətin qurulması, mütəxəssis hazırlığı və xidmət keyfiyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 d. əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
11 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
11 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
12 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu






















