Dövlət şirkəti kapital bazarlarından 20 milyon dollar cəlb edir - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR
Geniş xalq kütləsi əldə edə biləcək. İllik 4% gəlir vəd olunur.Azərbaycanın qeyri-neft sektorunun ən böyük ixracatçılarından olan “AzerGold” QSC ilk dəfə olaraq dövriyyəyə istiqrazlar buraxacaq. Cəmiyyət tərəfindən dağ-mədən sektorunun stabil inkişafı və dünya bazarlarında qızıl və gümüşün qiymətinin kəskin artımı fonunda yeni istiqrazların tədavülünə hazırlıq görülür.
QSC-dən Marja-ya verilən məlumata görə, geniş xalq kütləsinin əldə edə biləcəyi “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4% təşkil edir. İstiqrazların tədavül müddətinin 3 il olması, istiqraz sahiblərinə faiz dərəcələrinin isə 3 aydan bir ödənilməsi planlaşdırılır. Emissiyanın ümumi həcmi 20 milyon ABŞ dolları təşkil etməsi gözlənilir. İstiqrazların satışı kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.
"Maliyyə bazarına təklif edilən istiqrazlar daim inkişaf edən qiymətli metalların hasilatı sahəsinin və qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmağa əlverişli fürsət yaradacaq", -məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
21 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 26 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























