Azərbaycandakı avtomobillərin sayı açıqlandı
2019-cu ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 47 min 830 ədəd artaraq 1 milyon 418 min 404 ədədə çatıb. 2018-ci ilin sonunda Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 370 min 574 ədəd təşkil etmişdi.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il minik avtomobillərinin sayı 43 min 421 ədəd artaraq 2019-cu ilin sonunda 1 milyon 214 min 93 ədəd təşkil edib.
2019-cu ildə yük avtomobillərinin sayı 3 min 204 ədəd artaraq 150 min 547 ədədə, motosikletlər 863 ədəd artaraq 4 min 69 ədədə, avtobuslar isə 79 ədəd artaraq 30 min 783 ədədə çatıb.
2007-ci ilin sonunda Azərbaycanda cəmi avtomobillərin sayı 773 min 318 ədədə təşkil etmişdi. Son 12 ildə avtomobillərin sayı 2 dəfə artıb.
Azərbaycanda 2019-cu ilin sonunda hər 1000 nəfərə 143 avtomobil, o cümlədən 123 minik avtomobili düşüb. 2000-ci ildə bu saylar müvafiq olaraq 55 ədəd və 41 ədəd idi. Ölkəmizdə hər 100 ailəyə isə 54 avtomobil düşür. 2000-ci ildə bu say 19 ədəd idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























