Biznes kreditlərinin banka gəlmədən, girovsuz və onlayn müraciətlə yenidən maliyyələşdirilməsi imkanı!
(®️) Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank, biznes sahibləri olan müştəriləri üçün optimal maliyyə həllərini təklif etməyə davam edir.
Bir müddət öncə təqdim olunan “Onlayn biznes krediti” məhsulu indi daha geniş funksionallıqla təqdim olunur. Belə ki, kredit üçün müraciət edən kiçik və orta sahibkarlar krediti sadəcə biznesin inkişafı üçün deyil, eyni zamanda mövcud biznes kreditlərini yenidən maliyyələşdirmək üçün istifadə edə bilər. Məhsul PAŞA Bankdan 250 000 AZN-dək məbləği tam onlayn şəkildə əldə etməklə digər banklarda olan biznes kreditlərinin ödənişini həyata keçirməyə imkan yaradır. Beləliklə sahibkarlar cari biznes kreditlərini sərfəli şərtlərlə bir kreditdə birləşdirərək aylıq ödənişlərini azalda və ödənişlərə nəzarəti optimallaşdıra bilər.
Kreditin əldə edilməsi üçün qəliz maliyyə hesabatlarının təqdim edilməsi və girov tələb olunmur. Kredit 16.5 %-dən başlayaraq 18 ayadək müddətə təqdim edilir. Məhsuldan istənilən biznes məqsədi ilə yararlanaraq, biznesin inkişafı üçün lazım olan vəsaiti onlayn şəkildə sürətli almaq mümkündür. Həmçinin müvafiq kredit müqaviləsinin imzalanması da onlayn olaraq həyata keçirilir və kredit vəsaiti həmin gün əldə olunur.
Kredit üzrə müraciətlər cəmi 2 (iki) iş günü ərzində təhlil edilir və Bankın son qərarı müştəriyə bildirilir. Qeyd olunmalıdır ki, PAŞA Bankda hesabı olmayan müştərilərə kredit üzrə qərar hesab açılmadan bildirilir.
Bu imkandan yerli banklarda biznes krediti üzrə borcu və müsbət kredit tarixçəsi olan kiçik və orta biznes sahibləri yararlana bilər.
Kreditin şərtləri və tələb olunan sənədlərlə tanış olmaq və kreditə müraciət etmək üçün keçid: https://www.pashabank.az/sme_banking/az/online_business_loan_order_commercial
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 d. əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 19 d. əvvəl
-
-
26 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
33 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
42 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb






























