“Bank Melli İran”ın kapitalı artırılaraq “qırmız zona”dan çıxarılıb
“Bank Melli İran”ın Bakı filialı 2017-ci ilin 1-ci rübünü 329 min 886 manat xalis mənfəət ilə başa vurub.
“Marja” xəbər verir ki, bu ilin yanvar-mart dövründə Bankın faiz gəlirləri 730 min 276 manat, haqq və komissiya gəlirləri isə 67 min 611 manat təşkil edib. Bank aktivlər üzrə ehtiyatların yaradılmasına 161 min 554 manat ayırıb.
“Bank Melli İran”ın Bakı filialı 2016-cı ilin yanvar-mart dövründə 803 min 491 manat faiz gəlirləri, 27 min 336 manat haqq və komissiya gəlirləri əldə etmiş və rübü 721 min 655 manat zərər ilə başa vurmuşdu. Zərərin əsas səbibi Bankın ötən ilin 1-ci rübündə ehtiyatlara bu ilin birinci rübü ilə müqayisədə 6,7 dəfə çox - 1 milyon 84 min manat ayırması idi.
“Bank Melli İran” Bakı filialı 2016-cı ildə ehtiyatlara cəmi 30 milyon 895 min manat ayırdığından ili 29 milyon 264 min manat zərər ilə başa vurmuşdu. “Bank Melli İran”ın bağlanan banklarda depzoitləri qalmışdır. Həmin vəsaitin itməsi riski olduğuna görə, normativlərə əsasən ehtiyatlar yaradılıb.
31 Mart 2017-ci il tarixinə "Bank Melli İran" Bakı filialı 82 milyon 122 min manat cəmi aktivlərə, 21 milyon 141 min manat cəmi öhdəliklərə, 60 milyon 981 min manat cəmi kapitala malik olub.
CƏMİ KAPİTALI 50 MİLYON MANATDAN AŞAĞI DÜŞMÜŞDÜ
Bu ilin 1-ci rübündə Bankın nizamnamə kapitalı 43 faiz artaraq 51 milyon 433 min manatdan 73 milyon 611 min manata qalxıb. Bundan başqa, 16 milyon 566 min manatlıq subordinasiya borc öhdəlikləri kapitala daxil edilib. Lakin ötən illərin 29 milyon 213 min manat zərəri kapitalı bir qədər azaldıb.
31 Dekabr 2016-cı il tarixində "Bank Melli İran" Bakı filialı 80 milyon 467 min 590 manat cəmi aktivlərə, 58 milyon 560 min manat cəmi öhdəliklərə 21 milyon 906 min manat cəmi kapitala malik idi.
Birinci rübdə Bankın cəmi öhdəliklərin 58 milyon 561 min manatdan 21 milyon 141 min manata geriləməsi Bankın maliyyə institutları qarşısında öhdəliklərinin 55 milyon 92 min manatdan 18 milyon 705 min manata düşməsilə əlaqədar olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)
.jpg)







.jpg)






