“Azəriqaz” sayğaclarına onlayn nəzarət qurğuları yerləşdirəcək
“Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının idarə edilməsində işin səmərəliliyini təmin etmək üçün yeni layihənin həyata keçirilməsini planlaşdırır.
Birliyin yaydığı məlumatda bildirilir ki, hazırda həm istismar müddəti başa çatan, həm də dövri yoxlama müddəti yaxınlaşan (əhali abonent qrupu üçün 5 ildən bir) sayğaclar smart-kart tipli və ya mexaniki-elektron tipli olmasından asılı olmayaraq, bəzi istisnalar edilməklə əksər hallarda mexaniki-elektron tipli sayğaclarla əvəzlənir.
Quraşdırılan bu sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki-elektron tipli sayğaclara əlavə onlayn nəzarət qurğuları yerləşdirilsin. Radio dalğa ötürücüləri ilə çalışan qurğular imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki-elektron tipli sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki-elektron tipli sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir. Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada qurğunun qeydiyyatına düşür. Bu qurğuların bir neçə modeli mövcuddur. Onlardan bəziləri fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki-elektron tipli sayğacının klapanının bağlanmasına da şərait yaradır.
Beləliklə, çox sayda işçi sayğac göstəricilərinin oxunmasına cəlb edilməyəcək, onlar digər mühüm işlərdə səmərəli istifadə olunacaq. Eyni zamanda nəzərə alsaq ki, çoxmərtəbəli binalarda da smart-kart tipli sayğaclar dövri yoxlanış müddəti bitdiyi zamanı mexaniki-elektron tipli sayğaclarla əvəz edilə bilər, bu halda da, abonentin hər dəfə qapısı döyülərək narahat edilməsi minimuma enəcək.
Başqa bir halda, onlayn nəzarət qurğuları mexaniki-elektron tipli sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Bununla da güzəştli limit həddinin hesablanması ilə bağlı hər yeni ilin yanvar ayının birinci on günlüyündə oxunma aparıldığı üçün abonentlərin narazılığına son qoyula bilər. Yəni, limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki-elektron tipli sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.
Hazırda müvafiq sənədləşmə işləri aparılır və bu qurğuların istehsalçı şirkətləri ilə danışıqlara başlanılıb. İlkin mərhələdə yeni qurğuların Mənzil Tikinti Kooperativlərinin inşa etdiyi çoxmərtəbəli binalarda sınaqdan keçirilməsi planlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
13 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
13 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
13 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)






.jpg)




