Qlobal bazarlar bu məlumatları gözləyir
Bu gün qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatına fokuslanıb.
"Marja" xəbər verir ki, Avqust ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.
ABŞ-da məşğulluğun artması və ya azalması pul və iqtisadi siyasətlər üçün mühüm əhəmiyyət daşıyır.
ABŞ-da Avqustda məşğulluğun 1 milyon 400 min artacağı gözlənilir. İyulda məşğulluq 1 milyon 763 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Avqustda 9,8%-ə düşəcəyi proqnozlaşdırılır. İyulda işsizlik 10,2% təşkil etmişdi.
Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın Avqustda orta hesabla illik 4,5% artacağı gözlənilir. İyulda illik artım 4,8% olmuşdu.
Məlumatın ABŞ-da kənd təsərrüfatı xarici məşğulluğun Avqust ayında virusdan yığışmağa davam etdiyini göstərəcəyi gözlənilir.
Bazarlar, ABŞ iqtisadiyyatının toparlandığına dair bir işarə görə bilmək üçün bu gün açıqlanacaq Avqust ayı məşğulluq məlumatını gözləyir. İqtisadçıların təxminlərinə görə, işsizlik nisbəti mart ayından bu yana ilk dəfə 10% səviyyəsindən aşağı düşə bilər.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
10 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
10 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
26 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 32 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)
.jpg)






.jpg)










