SOCAR neftin maya dəyərini açıqladı
SOCAR- da neftin və qazın maya dəyəri artıb2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 1 ton neftin maya dəyəri 123,8 manat təşkil edib.
Bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.
Sənədə əsasən, bu, 2018-ci illə müqayisədə 5,8 manat və yaxud 4,9% çoxdur.
Ötən il şirkətin neft hasilatına çəkdiyi xərclərin tərkibində material və komponent xərcləri 3,9%, əmək haqqı xərcləri 15,3%, sosial ehtiyaclara ayırmalar 2,9%, amortizasiya ayırmaları 17,7%, təmir xərcləri 11,6%, texniki xidmət xərcləri 5,2%, nəqliyyat xərcləri 16,9%, mədən vergisi xərcləri isə 8,2% paya malik olub.
SOCAR-ın neftinin maya dəyərinin artması material, yanacaq, əmək haqqı, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir, texniki xidmət, nəqliyyat və nəqliyyat vasitələrinin istismarı, mühafizəsi, mədən vergisi və digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib.
2019-cu ildə 1 000 kubmetr təbii qazın faktiki istehsal maya dəyəri isə 61,89 manat təşkil edib.
Hesabatda qeyd edilir ki, bu, 2018-ci illə müqayisədə 4,29 manat və ya 7,4% artıb.
Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 4,4%, əmək haqqı – 10,9%, sosial sığortalara ayırmalar – 2,8%, amortizasiya ayırmaları – 25,1%, təmir xərcləri - 7,5%, texniki xidmət xərcləri – 4,9%, nəqliyyat xərcləri – 13%, mədən vergisi – 17,8% və s. təşkil edir. Şirkət üzrə 1 000 kubmetr əmtəəlik qazın maya dəyəri 2018-ci illə müqayisədə 4,29 manat (7,5%) artıb.
SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə Əməliyyat Şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2019-cu ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 140,46 manat təşkil edib.
Qazın maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqının, əsas vəsaitlərə texniki xidmət xərclərinin, mühafizə xərcləri, digər vergilər, digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib.
“Report”
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
- 27 d. əvvəl
- 36 d. əvvəl
-
47 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)






.jpg)






.jpg)




