Avrozonada deflyasiya dolların bahalaşmasına səbəb olub
Beynəlxalq valyuta birjalarında Amerika sənayesinə dair fundamental göstəricilərin müsbət açıqlanması və Avrozonada son dörd ildə ilk dəfə deflyasiyanın başlaması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olub. Avrozonada avqustda 0.2%-lik deflyasiyanın müşahidə olunması, Avropa Mərkəzi Bankının (AMB) siyasətini daha da yumşaldacağı ehtimallarını artırır və nəticədə EUR/USD məzənnəsi də ucuzlaşmağa başlayır.
Təhlillərə əsasən, avro/dollar qiyməti 1.19$-ın altında qalarsa, 1.18$-a kimi ucuzlaşa bilər. Dolların bahalaşması, özünü GBP/USD məzənnəsində də göstərib. 1.35$-da müqavimətlə rastlaşan funt sterlinq, 1.34$-ın altında qaldıqca, 1.33$-a kimi dəyər itirə bilər.
Əlvan metallar bazarlarında qızılın qiymətində də ucuzlaşma başlayıb. 1954$-ın qırılması ilə bir unsiya üzrə qiymət 1923$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında da Bitkoinin qiymətində ucuzlaşma başlayıb. Beləliklə, BTCUSD məzənnəsinin də son üç gündə bahalaşaraq gəldiyi səviyyələri yenidən qayıtması ehtimal edilir. 11794$-ın qırılması ilə BTC 11216$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























