Marcom ATAA-nın yeni saytını istifadəyə verdi
Azərbaycanda turizm sahəsinin marketinqini hər zaman diqqətdə saxlayan Marcom Marketinq və Kommunikasiyalar şirkəti ATAA-nın yenilənmiş veb saytını təqdim etdi.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yeni veb saytı bu günün google tələblərinə uyğun yığılmışdır:
“ATAA-nın saytına yeni nəfəs vermək istiqamətində payımızın olması bizim üçün sevindiricidir. Marcom şirkəti olaraq ölkə turizimində baş verənləri daima diqqət mərkəzində saxlayır, sahənin marketinqinin inkişafına öz töhfələrimizi vermişik. Saytın bütün cihazlarda normal şəkildə açılması üçün adaptivliyi təmin etmişik. Saytın texniki parametrlərinə gəldikdə isə burada sifarişçi tərəf üçün geniş texniki imkanlar formalaşdırmışıq. Müştəriyə təqdim etdiyimiz admin panel özündə 85% funksionallığı əks etdirir. Əvvəlki saytda olan UX/UI problemləri yeni saytda tamamilə aradan qaldırılmışdır. Təqdim etdiyimiz veb platforma google SEO Optimizasiya işlərinin görülməsi üçün tam hazır vəziyyətə gətirilmişdir.”
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev də veb sayt üzrə görülmüş işlərlə bağlı fikir bildirərək saytın onların cari tələblərini ödədiklərini açıqlayıb:
“Marcom şirkəti olan iş birliyimizi yüksək qiymətləndiririk. Şadam ki, müasir tələblərə cavab verən veb layihənin ərsəyə gəlməsi üzrə işlərdə bizə dəstək olmaqla yanaşı, işin texniki tərəfi ilə bağlı da yardımçı oldular. Bu gün rəqəmsal dünyaya keçidin sürətləndiyi bir dövrdə ATAA-nın veb saytının müasir standartlara cavab verməsi, istifadəçilər üçün əlçatan olması önəmli məsələdir. Biz gələcəkdə rəqəmsal marketinq istiqamətində olan əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq.”
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkətinin krizis kommunikasiya planı çərçivəsində bazar iştirakçılarına təqdim etdikləri Autsors (Outsource) marketinq, kontent marketinq, marketinq audit xidmətlərinə tələb artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























