Avro 1.21 dollaradək bahalaşa bilər
Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının yumşaq monetar siyasəti fonunda dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir.
Nəticədə EUR/USD və GBP/USD məzənnələrində də bahalaşma müşahidə edilir. Təhlillərə əsasən, avro 1.21, funt sterlinq isə 1.35$-a kimi dəyər qazana bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:55-də Almaniyada əmək bazarı, saat 12:00 və 12:30-da müvafiq olaraq Avrozona və İngiltərənin sənaye sektoru, saat 13:00-da Avrozonada inflyasiya və saat 18:00-da Amerikanın sənaye sektoruna dair dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
Avrozonada inflyasiyanın azalacağı və beləliklə, iqtisadiyyatın yenidən zəifləyəcəyi gözləntiləri, əlvan metallar bazarlarında da qızıla olan tələbin yenidən artmasına səbəb olub. Bir unsiya üzrə qiymət 1984$-ın üzərində möhkəmlənərsə, bahalaşma 2032$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























