Yubiley və xatirə pul nişanlarının yeni satış qaydası müəyyənləşib
Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nı təsdiqləyib.
Qayda avqustun 22-dən qüvvəyə minib.
Yubiley və xatirə pul nişanı Mərkəzi Bank tərəfindən ölkənin tarixini, incəsənətini, dövlətçilik ənənələrini, görkəmli şəxsiyyətlərini, ictimai, siyasi və digər əlamətdar hadisələrini, ölkənin flora və faunasını və sair mövzuları tərənnüm edən qiymətli və digər metallardan hazırlanmış məhdud sayda tədavülə buraxılan pul nişanıdır. Elektron Xidmətlər Portalı Mərkəzi Bank tərəfindən həyata keçirilən elektron xidmətlərin mərkəzi informasiya sistemi, yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi Mərkəzi Bankın yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satışı üzrə informasiya sistemi, CMS Mərkəzi Bankda nağd pul və qiymətlilərlə əməliyyatların qeydiyyatını aparan, habelə bu əməliyyatlarla bağlı məlumatları və hesabatlığı təmin edən Nağd Pulun İdarəetmə Sistemidir.
Yubiley və xatirə pul nişanları Azərbaycanın qanuni ödəniş vasitəsidir və respublikanın bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir. Yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması, onların texniki göstəriciləri, nominal dəyəri, gündəlik satış qiymətləri (qiymətli metalların dünya bazarındakı qiymətlərindən asılı olaraq), satış vaxtları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir. Yubiley və xatirə pul nişanları Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə tədavülə buraxılır. Hər bir qiymətli metaldan hazırlanmış yubiley və xatirə pul nişanı üçün həqiqilik sertifikatı hazırlanır. Sertifikatda müvafiq pul nişanının dizaynının mövzusu barəsində ümumi məlumat, onun texniki göstəriciləri və buraxılış limiti göstərilir. Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının buraxılış miqdarından və Mərkəzi Bankın ehtiyatlarında saxlanılan sayından asılı olaraq satış limiti müəyyən edildikdə bu barədə məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində və “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə yerləşdirilir. Yubiley və xatirə pul nişanlarının satış qiyməti Mərkəzi Bankın İdarə Heyəti tərəfindən istehsal xərcləri, qiymətli metalların bazar qiyməti və digər xərclər (daşınma, sığorta və s.) nəzərə alınmaqla müəyyən edilir. Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının satışı nağdsız qaydada həyata keçirilir. Banklara və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının satışı CMS üzərindən sifariş əsasında həyata keçirilir.
Fiziki şəxslər tərəfindən yubiley və xatirə pul nişanlarının satış qiyməti Mərkəzi Bankın hesabına nağd pulla ödənildikdə, yubiley və xatirə pul nişanları “Elektron Xidmətlər Portalı” vasitəsi ilə aşağıdakı qaydada əldə edilə bilər:
- fiziki şəxs yubiley və xatirə pul nişan(lar)ının satın alınması üçün “Elektron Xidmətlər Portalı”nda müraciət yerləşdirir. Müraciətdə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, əlaqə məlumatları və almaq istədiyi yubiley və xatirə pul nişan(lar)ının adı və sayı barədə məlumatlar göstərilir;
- fiziki şəxs və ya onun nümayəndəsi Mərkəzi Bank tərəfindən müəyyən edilmiş satış vaxtlarında şəxsiyyətini (nümayəndə həmçinin səlahiyyətini) təsdiq edən sənəd(lər)i Mərkəzi Bankın müvafiq satış məntəqəsinin xəzinədarına təqdim etməklə yubiley və xatirə pul nişan(lar)ının satış qiymətini Mərkəzi Banka ödəyir;
- Mərkəzi Bankın xəzinədarı yubiley və xatirə pul nişan(lar)ının satış qiymətinə görə 3 (üç) nüsxədə kassa mədaxil (Əlavə 3) və nominal dəyərinə görə 3 (üç) nüsxədə kassa məxaric orderini (Əlavə 4) tərtib edir. Orderlər Mərkəzi Bankın əməkdaşları və yubiley və xatirə pul nişan(lar)ını alan şəxs tərəfindən imzalanır. Orderlərin bir nüsxəsi yubiley və xatirə pul nişan(lar)ı ilə birlikdə alan şəxsə təqdim edilir, digər nüsxələr isə şəxsiyyəti təsdiq edən sənədin surəti (pul nişanı nümayəndəyə təqdim edildikdə, həmçinin nümayəndənin səlahiyyətini təsdiq edən sənəd) ilə birlikdə Mərkəzi Bankda saxlanılır.
Digər hüquqi və fiziki şəxslərə yubiley və xatirə pul nişan(lar)ının satışı Mərkəzi Bankın “Elektron Xidmətlər Portalı”nda “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” vasitəsi ilə aşağıdakı qaydada həyata keçirilir:
- “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə:
- Alıcı və ya onun nümayəndəsi ilk dəfə sistemə daxil olduqda qeydiyyatdan keçib elektron kabinet yaradır və sistemdəki hesabına daxil olur;
-sistemə təkrar giriş zamanı alıcı və ya onun nümayəndəsi elektron kabinet vasitəsi ilə sistemdəki hesabına daxil olur;
- Alıcı və ya onun nümayəndəsi “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə almaq istədiyi yubiley və xatirə pul nişan(lar)ını seçir və həmin pul nişan(lar)ının təhvil alınacağı vaxtı, habelə Mərkəzi Bankın satış məntəqəsini (Mərkəzi Bank və ya onun ərazi idarələri) müəyyən edir;
- Alıcı və ya onun nümayəndəsi yubiley və xatirə pul nişan(lar)nın müəyyən edilmiş satış şərtlərinə razılıq verdikdən sonra “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə bank hesabından ödənişi həyata keçirir;
- Alıcı və ya onun nümayəndəsi yubiley və xatirə pul nişan(lar)ını sistemdə seçdiyi vaxtda Mərkəzi Bankın müvafiq satış məntəqəsindən əldə edir;
- Alıcı və ya onun nümayəndəsi yubiley və xatirə pul nişan(lar)ını əldə etmək üçün şəxsiyyətini (nümayəndə həmçinin səlahiyyətini) təsdiq edən sənəd(lər)i Mərkəzi Bankın müvafiq satış məntəqəsinin xəzinədarına təqdim edir. Sənəd(lər)də uyğunsuzluq aşkarlandıqda bu barədə Alıcı və ya onun nümayəndəsinə dərhal məlumat verilir və uyğunsuzluq aradan qaldırılanadək yubiley və xatirə pul nişan(lar)ı təqdim edilmir;
- təqdim edilmiş sənəd(lər)də uyğunsuzluq olmadıqda xəzinədar 2 (iki) nüsxədə təhvil-təslim aktını (Əlavə 2) tərtib edir. Akt xəzinədar, Alıcı və ya onun nümayəndəsi tərəfindən imzalanır. Aktın bir nüsxəsi yubiley və xatirə pul nişan(lar)ı ilə birlikdə Alıcıya və ya onun nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə şəxsiyyəti təsdiq edən sənədin surəti (pul nişanı nümayəndəyə təqdim edildikdə, həmçinin nümayəndənin səlahiyyətini təsdiq edən sənəd) ilə birlikdə Mərkəzi Bankda saxlanılır.
Onlayn satın alınmış yubiley və xatirə pul nişan(lar)ı sistemdə seçilən vaxtda müvafiq satış məntəqəsindən əldə edilmədikdə Alıcı və ya onun nümayəndəsi ilə əlaqə yaradılır və razılaşdırılmış yeni vaxt müəyyən edilir. Alıcı və ya onun nümayəndəsi həmin vaxtda da yubiley və xatirə pul nişan(lar)ını Mərkəzi Bankdan təhvil almadıqda sifariş ləğv edilir və ödənilmiş məbləğ 3 iş günü ərzində Alıcının bank hesabına geri qaytarılır.
Yubiley və xatirə pul nişan(lar)ını təhvil alan şəxs pul nişanlarını bilavasitə Mərkəzi Bankın satış məntəqəsindən ayrılmadan yoxlamalıdır. Yoxlama zamanı hər hansı qüsur aşkar edildikdə həmin pul nişan(lar)ının dəyişdirilməsi tələb edilə bilər. Satış məntəqəsini tərk etdikdən sonra alınmış yubiley və xatirə pul nişan(lar)ının Mərkəzi Banka geri qaytarılmasına və ya dəyişdirilməsinə yol verilmir.
Yeni Qaydanın təsdiqi ilə əlaqədar Mərkəzi Bankın İdarə Heyətinin 2004-cü il 18 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xatirə sikkələrinin tədavülə buraxılması Qaydaları” və 2010-cu il 15 aprel tarixli, 09 nömrəli qərarı ilə təsdiq edilmiş “2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının bəzi normativ xarakterli aktlarına dəyişikliklər”in 3-cü hissəsi ləğv edilib.
APA
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)










